İsrailin Qəzza zolağına hücumlarının başlamasından bu yana ən böyük nümayişlərdən birinə şahidlik edən Madrid küçələrində 50 mindən çox insan beynəlxalq ictimaiyyəti "Fələstində soyqırımı" dayandırmağa çağırıb.
Şəhərin mərkəzinə toplaşan izdiham Fələstin bayraqları və “İsraili boykot edin”, “Qatil Netanyahu”, “Azad Fələstin”, “Ədalət”, “İsrail atəş açır, ABŞ və AB sponsorluq edir” yazılı plakatlar daşıyıb.
Bəzi solçu millət vəkillərinin də dəstəklədiyi nümayişdə Qəzzada baş verən hücumlarda həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib.
Oxunan manifestdə İspaniya hökumətindən “İsrail ilə bütün siyasi, iqtisadi, mədəni və idman əlaqələrini kəsmək və soyqırımı dayandırmaq, dərhal və qeyd-şərtsiz atəşkəs elan etmək üçün konkret tədbirlər görmək” istənilib.
Mənbə: AA