Smotrich özünün X sosial media hesabında İsrailin humanitar fəlakətə səbəb olduğu Qəzzədə un daşınmasını dayandırması ilə bağlı yazı paylaşıb.
Qəzzəyə çatdırılacaq un yardımının Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatı (UNRWA) vasitəsilə paylanacağını qeyd edən Smotrich, un daşınmasının qarşısını almağa qərar verdiyini bildirib.
Smotrich, İsrailin hücumları altında fələstinlilərə kömək edən UNRWA-nın HƏMAS ilə "əməkdaşlıq etdiyini" iddia edərək, İsrailin baş naziri Benyamin Netanyahu ilə koordinasiyada "Həmasın əlinə keçməyəcək başqa bir paylama mexanizmini araşdıracaqlarını" bildirib.
ABŞ mərkəzli "Axios" xəbər saytında İsrail və ABŞ rəsmilərinə əsaslanan xəbərdə Smotriçin həftələrdir ABŞ-ın maliyyələşdirdiyi un daşımalarının Qəzzaya çatdırılmasına mane olduğu qeyd edilib.