"İQNA", "Arab21" saytına istinadən xəbər verir ki, Fələstin əsilli nümayəndə Bayden hökumətinin Qəzzada işğalçı rejimin təcavüzündəki rolundan narazılığını bildirib və “Biz müharibəni, bombaları və dağıntıları dəstəkləyən hökuməti istəmirik. Biz həyatı dəstəkləmək istəyirik; Qəzzada öldürülənlərin hamısını müdafiə etmək istəyirik. Biz səsimizi belə ucalda bilərik. Biz hazırda tamamilə qafilik və hökumətimiz görünməzdir”.
Üç ay əvvəl Tlaib İsrailin Qəzzaya hücumlarının dayandırılmasını tələb edərkən manşetlərə çıxdı.
Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk Fələstin əsilli müsəlman qadın oldu. O, İordan çayının qərb sahilində anadan olub və hazırda ABŞ Nümayəndələr Palatasında Miçiqan ştatının nümayəndəsidir.
ABŞ-ın demokratik prezidenti Co Baydenin fələstinlilərə münasibətini sərt şəkildə tənqid edən Tlaib sionist rejimin Qəzzəyə hücumları başlayandan bəri atəşkəs tələb edir.
ABŞ Nümayəndələr Palatası, konqresmen Rəşidə Tlaibi İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə ilə bağlı "yalan sözlər" yaydığına görə qınayıb.
Fevralın 27-də Miçiqan ştatında Demokratlar Partiyasından prezidentlik üçün ilkin seçki keçiriləcək və amerikalılar ölkənin növbəti prezidentini seçmək üçün bu ilin noyabrında seçki məntəqələrinə gedəcəklər.
4200728