IQNA

İsrail əsgərinin Qurana hörmətsizliyi

9:42 - May 23, 2024
Xəbər sayı: 3496000
İQNA - Qəzzada bir sionist əsgərin yayımladığı videoda o, Quranı yandır.

"İQNA"-nın "Əl-Cənubiyyə"-yə istinadən verdiyi məlumata görə, fələstinli media fəalları İsrail əsgərinin Qəzzada məscidin içərisində Qurani-Kərimin nüsxəsini yandırması anı əks etdirən video yayımlayıb.

X sosial şəbəkəsindəki "tamerqdh" hesabı bu sionist hərbi əməliyyatının videosunu dərc edərək yazıb: "Qəfati briqadasından olan bir israilli əsgər İnstaqram səhifəsində Qəzzada məscidin içindən Qurani-Kərimi yandıran video yayımlayıb. İndi ərəblər, müsəlmanlar belə adamlarla münasibətləri normallaşdırmaq istəyirlərmi"?

İsrail əsgərləri və hərbçilərinin hesablarını izləməklə tanınan jurnalist Yunus Tiravi videonun həqiqiliyini və Qurani-Kərimə qarşı təhqiramiz olduğunu təsdiqləyib.

Tiravi çərşənbə axşamı özünün "X" hesabında yazıb: "Mən videonu nəzərdən keçirdim və həmkarım Tamerlə əlaqə saxladıqdan sonra müstəqil şəkildə yoxladım".

O əlavə etdi: "Bu video Qəfati briqadasının 435-ci Rotem batalyonunda olan bir israilli haqqındadır və bu hadisə ötən gecə Rəfahın şərqində baş verib".

4217621

captcha