IQNA

Qədim Quran nüsxələri Kazan muzeyində sərgilənir

10:05 - May 27, 2024
Xəbər sayı: 3496024
İQNA - Tatarıstan Respublikasının paytaxtı Kazan Muzeyində tarixi Quran və İslam əsərləri toplusu sərgilənib.

"İQNA", "Əl-Misri Əl-Yəvm" saytına istinadən xəbər verir ki, bu muzeydə Çar Rusiyası və 1-ci Dünya Müharibəsi dövrünə aid tarixi əsərlər, həmçinin Qurani-Kərimin əlyazmaları kolleksiyası var.

Muzeydə qorunan əlyazmalar arasında yalnız böyüdücü şüşə ilə oxuna bilən kiçik nüsxələr də var.

Bu muzeydə Tatarıstanın məşhur arxeoloqu və kolleksiyaçısı Andrey Lixaçovun şəxsi kolleksiyası var. O, Volqa bölgəsinin ən böyük mədəniyyət və tarixi muzeylərindən biri hesab olunur.

Bu muzeydə sikkələr və kağız pullar, qiymətli əlyazmalar və çap kolleksiyaları da daxil olmaqla unikal etnoqrafik kolleksiya, həmçinin məşhur tatar mədəniyyət və din xadimlərinin arxivi var.

Kazan şəhərindəki köhnə tatarlar məhəlləsində yerləşən muzey Rusiyanın ən mühüm müsəlman mərkəzlərindən biridir və İslam dünyasında Qurani-Kərimin çap olunduğu ilk mərkəzlərdən biridir.

Qurani-Kərimin “Kazan Mushəf” adlı nüsxəsi 19-cu əsrin əvvəllərində 1803-cü ildə çap olunub və daş çap üsulu ilə çap olunmuş ən qədim Quran nüsxələrindən biridir. Mushəfin bir neçə nüsxəsi bu günə qədər gəlib çatmışdır və onlardan biri Kazan muzeyində qorunur.

4218237

captcha