İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullaha anasının vəfatı ilə bağlı başsağlığı verib.
Mesajda deyilirdi: "Hörmətli ananızın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Mərhum ananıza sizin kimi müqavimət liderləri yetişdirmək şərəfi nəsib olub".
"Allahın rəhməti, salamı və bərəkəti ona, sizə və böyük müqavimət cəbhəsindəki yoldaşlarınıza olsun".