IQNA

Zəvvarların gediş-gəlişini asanlaşdırmaq üçün yolların soyudulmasına başlanılıb

9:29 - June 06, 2024
Xəbər sayı: 3496092
İQNA - Səudiyyə Ərəbistanı rəsmiləri Məkkədə müqəddəs yerlərə gedən bəzi yol və marşrutlarda zəvvarlar üçün yolları soyutma əməliyyatının başladığını açıqlayıb.

"İQNA", "Əl-Hurr" saytına istinadən xəbər verir ki, Səudiyyənin Akaz qəzeti bu başlığı paylaşıb: "Səudiyyə Ərəbistanının Avtomobil Yolları Baş İdarəsi, Şəhərsalma, Kənd İnkişaf və Qəsəbə Nazirliyi də daxil olmaqla bir sıra əlaqədar nazirliklərin iştirakı ilə Həcc və Ümrə Nazirliyi, müqəddəs yerlərə gedən zəvvarlara xidmət proqramı çərçivəsində yolların soyudulması işlərinə başladı".

Bu qurumlar Ərəfatdakı Nimra Məscidinin yanındakı 25 min kvadratmetrlik sahədə prosesi tətbiq etməyə başladılar.

Bu soyutma prosesi məhəllələrdə və yaşayış məntəqələrində temperaturun aşağı salınması, binaların soyutma enerjisinin azaldılması və iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə həyata keçirilir.

Bu texnologiya həm də zəvvarların gözləmə yerlərində və insanların toplaşdığı yerlərdə daha rahat mühit təmin etməyə kömək edir.

Əl-Şərq Əl-Əvsət” qəzeti yazıb: "Bu texnologiya günəş şüalarını əks etdirən və günəş işığını udmaq qabiliyyətini azaldan, beləliklə, yer səthinin temperaturunu səkilərin temperaturundan aşağı edən müxtəlif materiallardan ibarətdir".

Səudiyyə Avtomobil Yolları Baş İdarəsinin sözçüsü Əbdüləziz Əl-Uteybi bu qəzetə verdiyi açıqlamada istifadə edilən materialların Səudiyyə Ərəbistanında istehsal edildiyini və günəş şüalarını əks etdirərək səthlərdə istiliyin udulmasının qarşısını aldığını söylədi.

Uteybi əlavə edib ki, bu layihənin inkişaf etdirmək üçün araşdırmalar davam edir.

4219853

captcha