IQNA

Səudiyyə rəsmiləri Həcc statistikasını açıqlayıb

7:20 - June 17, 2024
Xəbər sayı: 3496162
İQNA - Səudiyyə Ərəbistanı rəsmiləri builki həcc ziyarətində iştirak edən zəvvarların sayını açıqlayıb.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti bu il zəvvarların sayını 1 milyon 833 min 164 nəfər olaraq açıqlayıb. Bu rəqəm demək olar ki, ötən illə eyni idi.
Səudiyyə Ərəbistanı Statistika Baş İdarəsi 1 milyon 600 min zəvvarın xaricdən gəldiyini, yerli zəvvarların sayının isə yalnız 222 min nəfərlə məhdudlaşdığını açıqladı.
Bu təşkilat xarici zəvvarların statistikasında bu zəvvarların 22,3 faizinin ərəb ölkələrindən gəldiyini açıqlayıb. Zəvvarların 63,3 faizi ərəb olmayan Asiya ölkələrindən, 11,3 faizi isə ərəb olmayan Afrika ölkələrindəndir. Bundan əlavə, zəvvarların 3,2 faizi Avropa ölkələri, Amerika, Avstraliya və digər məntəqələrdən gəlib.
Xaricdən zəvvarların gəlişinə baxdığımızda 1 milyon 546 min 345 nəfər hava, 60 min 251 nəfər quru, 4 min 714 nəfər isə dəniz yolu ilə ölkəyə daxil olub.
4221644

captcha