Ofisdən verilən açıqlamaya görə, Əl-Əqsa televiziyasında çalışan Səlim Əl-Şərifə işğalçı rejimin hücumları nəticəsində şəhid olub.
Beləliklə, oktyabrın 7-dən Qəzzada şəhid olan jurnalistlərin sayı 152-yə yüksəlib.
İşğalçı qüvvələr Qəzzada soyqırım və qırğın xəbərlərinin yayılmasının qarşısını almaq üçün jurnalistləri və onların ailələrini qətlə yetirir.
Media İdarəsi əvvəlki bəyanatında bildirib ki, sionist rejim "Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən qətlə yetirib".