IQNA

Rusiyada mənəvi-əxlaqi dəyərlərin möhkəmləndirilməsi ilə bağlı qanun layihəsi təsdiq edilib

9:30 - July 10, 2024
Xəbər sayı: 3496312
İQNA - Rusiya hökumət şurası Rusiya cəmiyyətində mənəvi və əxlaqi dəyərlərin gücləndirilməsi planını təsdiqləyib.

Xalqların cəmiyyəti və mədəniyyətinin təhlili bazasının verdiyi xəbərə görə, Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın ənənəvi mənəvi-əxlaqi dəyərlərinin möhkəmləndirilməsi üzrə tədbirlər planının təsdiq edilməsi haqqında fərman imzalayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2022-ci ilin noyabrında Rusiyanın ənənəvi mənəvi-əxlaqi dəyərlərinin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini təsdiqləyib.
Bu plana “Mənim tarixim” layihəsinin həyata keçirilməsi daxildir. Layihəyə ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, ailə həyatına sadiqlik haqqında film ssenarilərinin dəstəklənməsi, böyük ailələrin formalaşmasının təşviqi, əcnəbi sözlərdən istifadənin azaldılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi daxildir.
Bu layihə ilə bağlı Rusiya Mədəniyyət Nazirliyi layihənin 2024-2026-cı illər arasında keçiriləcək 14 tematik bölmə və 138 tədbirdən ibarət olduğunu açıqlayıb.
Layihə çərçivəsində ailə dəyərlərinin, o cümlədən ailənin möhkəmləndirilməsi və boşanmaların qarşısının alınması məqsədilə sərgilərin təşkili, məktəblərdə maarifləndirici tədbirlərin təşkili və maarifləndirici kursların keçirilməsi də diqqət mərkəzindədir.
Mədəniyyət Nazirliyinin məlumatına görə, bu layihədə “Qızıl kino və cizgi filmləri toplusu”nun dövlət təhsil müəssisələrində və məktəbəqədər təhsil müəssisələrində nümayişi nəzərdə tutulub.
Eyni zamanda, layihədə ictimai yerlərdə, ədəbi-bədii əsərlərdə, kütləvi informasiya vasitələrində və tədbirlərdə ailə dəyərlərinə, nikaha sadiqliyə, uşaq doğurmanın təşviqinə, əcnəbi sözlərin həddindən artıq istifadəsinə qarşı mübarizəyə yönəlmiş tədbirlərin həyata keçirilməsi də daxildir.
4225677

captcha