IQNA

Ərdoğan sionist rejimə qarşı İslam koalisiyasının yaradılmasını istəyib

2:39 - September 09, 2024
Xəbər sayı: 3496652
İQNA - Türkiyə prezidenti işğal olunmuş ərazilərdə Amerika-Türkiyə vətəndaşının öldürülməsinə cavab olaraq vurğulayıb ki, islam ölkələri sionist rejimlə qarşıdurma yaratmaq üçün koalisiya yaratmalıdırlar.

"İQNA"-nın Bəvaba Əl-Vəsətə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sionist rejimin artan ekspansionizminin yaratdığı təhlükəyə qarşı iİslam ölkələrinin koalisiya yaratmalı olduğunu vurğulayıb.
Ərdoğan bu sözləri cümə günü İordan çayının qərb sahilində qəsəbə tikintisinə qarşı İsrail əsgərləri tərəfindən keçirilən nümayişdə Amerika-Türkiyə vətəndaşının öldürülməsindən sonra deyib.
Türkiyə prezidenti deyib: "İsrailin təkəbbürünün, zorakılığının və dövlət terrorunun qarşısını alan yeganə tədbir İslam ölkələrinin bir-biri ilə birlləşməsidir".
Ərdoğan əlavə edib: "Türkiyənin Misir və Suriya ilə münasibətləri yaxşılaşdırmaq üçün son tədbirləri Livan və Suriyanı da təhdid edən, getdikcə artan ekspansionist təhlükəyə qarşı həmrəylik xətti formalaşdırmaq məqsədi daşıyır".
4235560

captcha