"İQNA", "Nəsim" saytına istinadən xəbər verir ki, qaliblərin mükafatlandırma mərasimi sentyabrın 8-i bazar günü keçirilib və onlar işlərini yekunlaşdırıblar.
Bu yarışmada Qırğızıstan İslam Gənclər Mərkəzinə bağlı Nur Mərkəzinin tələbələri birinci yerə layiq görülüblər.
Bu yarışlar Qırğızıstan Dini İşlər Nazirliyinin səyləri və Səudiyyə Ərəbistanının Dəvət və Rəhbərlik Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Yarış Bişkekdəki İmam Sərəxsi məscidində baş tutub.
Rəsmilərin sözlərinə görə, bu yarışlar dinc islam təlimlərini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu təbliğ etmək, Quranı əzbərləyən qadınlara dəstək olmaq məqsədilə keçirilir.
Müsabiqənin təşkilində məqsəd Qurani-Kərim mədəniyyətini gənclər arasında yaymaq, Qurani-Kərim qarilərinə dəstək olmaq və konstruktiv rəqabətə şərait yaratmaq, dünya müsəlmanları arasında həmrəyliyin və İslam Birliyini gücləndirməkdən ibarətdir. Bundan əlavə, tolerantlıq və sülh şəraitində birgəyaşayış dəyərlərinin yayılması üçün səylər göstərilir.
Müsabiqənin qaliblərini Qırğızıstan Prezidenti Sadir Caparov mükafatlandırıb.
4235624