IQNA

Xorvatiya Beynəlxalq Quran Müsabiqəsinin qalibinin Quran tilavəti

3:23 - October 08, 2024
Xəbər sayı: 3496821
İQNA – Liviyalı Quran hafizi Əbdüs-Salam Fəthi Əl-Amiruni Xorvatiya Beynəlxalq Quran Yarışmasında birinci yeri qazanıb.

Quran əzbəri kateqoriyasında birinci olan Əbdüs-Salam Fəthi Əl-Amiruninin "Əraf" surəsindən ayələri oxuması sosial şəbəkələrdə yayımlanıb.
Sentyabrın 26-də Zaqrebdə 30-cu Term Xorvatiya Beynəlxalq Quran Müsabiqəsi başlayıb və sentyabrın 28-dək davam edib. Türkiyə və İndoneziya təmsilçilərindən sonra İran təmsilçisi Yusif Cəfərzadə üçüncü olub.
Əraf surəsinin 12-dən 17-yə qədər olan ayələri:
"Allah buyurdu: Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu? Dedi: Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır).
"Buyurdu: Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz sən alçaq və xar edilmişlərdənsən".
"Dedi: Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)".
"Buyurdu: Həqiqətən, sən möhlət verilənlərdənsən".
"Dedi: Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam".
"Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən".

 

 

kod

 


4240729

captcha