IQNA

Qəhrəman mücahid komandir Yəhya Sinvarın şəhadətindən sonra İnqilabın Ali Rəhbərinin mesajı:

İnşallah müqavimət cəbhəsi heç vaxt dayanmayacaq

1:58 - October 20, 2024
Xəbər sayı: 3496897
İQNA - İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei müsəlman xalqlarına və regionun qeyrətli gənclərinə müraciətində qəhrəman mücahid komandir Yəhya Sinvarı ehtiramla yad edib və vurğulayıb: "Müqavimət cəbhəsi öz görkəmli şəxsiyyətlərinin şəhadəti ilə irəliləməkdən əl çəkmədiyi kimi, İnşallah Sinvarın şəhadəti ilə də dayanmayacaq. HƏMAS sağdır və yaşayacaq".

İnqilab Rəhbərinin başsağlığı mesajı
"İQNA", Ali Rəhbərin dəftərinin informasiya bazasına istinadən verdiyi məlumata görə, İnqilabın Ali Rəhbərinin mesajının mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Müsəlman xalqları!
Məntəqənin qeyrətli gəncləri!
Mücahid Qəhrəman komandir Yəhya Sinvar da şəhid yoldaşlarına qoşuldu.
O, müqavimətin və mübarizənin parlaq siması idi. O, zalım və təcavüzkar düşmənə qarşı polad qətiyyətlə dayanmışdı. Tədbir və şücaətlə ona sillə vurdu. O, bu məntəqnin tarixində əvəzedilməz 7 oktyabr zərbəsini özündən yadigar qoydu. Sonra isə şərəf və qürurla şəhidlərin meracına uçdu.
Onun kimi ömrünü qəsbkar və zalım düşmənə qarşı mübarizədə keçirən birinə şəhidlikdən başqa bir son layiq deyildi. Onun itkisi, əlbəttə ki, müqavimət cəbhəsi üçün ağrılıdır, lakin bu cəbhə Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi, Rentisi və İsmayıl Həniyyə kimi görkəmli şəxsiyyətlərin şəhadəti ilə irəliləməkdə dayanmadı. İnşallah Sinvarın şəhadəti ilə də dayanmayacaq. HƏMAS sağdır və yaşayacaq.
Həmişə olduğu kimi, biz ixlaslı mücahid və mübariz insanların yanında olacağıq. Allahın tofiqi və köməyi ilə.
Mən qardaşımız Yəhya Sinvarın şəhadəti münasibəti ilə ailəsinə, döyüşçü yoldaşlarına və Allah yolunda cihad etməyi sevən bütün insanlara təbrik deyir və itkisinə görə başsağlığı verirəm.
Allahın saleh bəndələrinə salam olsun!
Seyid Əli Xamenei
19 oktyabr 2024-cü il
4243086

captcha