IQNA

Oman Sultanına İstanbul Müshəfi hədiyyə edildi

22:45 - December 02, 2024
Xəbər sayı: 3497168
İQNA - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Oman Sultanı Heysəm ibn Tariqə xəttat Hüseyn Kutlu və 66 nəfərlik komandası tərəfindən xüsusi hazırlanmış “İstanbul Müshəfi”ni hədiyyə etdi.

"Əl-Səhva" saytının verdiyi xəbərə görə, Prezident Ərdoğan, Türkiyəyə rəsmi səfərə gəlmiş Bin Tariqə sənət və yaradıcılıq şah əsəri sayılan bu əsəri təqdim edib. “İstanbul Müshəfi” qədim İslam mirasının bir simvolu olaraq qəbul edilir. Ən gözəl İslam əlyazmalarından ilham alınaraq orijinal ərəb hərfləri ilə yazılmış və zinətlərlə bəzədilmişdir.

Xəttat Hüseyn Kutlu İstanbul Müshəfində istifadə edilən əl işi kağızın çox xüsusi olduğunu vurğulayaraq belə deyib:

“Bu işə ayrıca bir mənəvi ruh qatmaq üçün Məkkədən, Mədinədən, Qüdsdən, Səmərqənddən, Buxaradan, yəni İslam aləminin müqəddəs yerlərindən tut, qızılgül budaqları və s. gətirildi. Onların qabıqları soyulub döyülərək kağızın hazırlanması üçün istifadə olundu. Necə ki, bu müxtəlif bitkilərin, ağac budaqlarının bir yerə yığılıb Müshəfin hazırlanmasında istifadə edilməsi, eynilə İslam ümmətinin də birləşərək güc yaratması üçün edilən bir duadır. Həmçinin zəmzəm suyu, Eyüp Sultan Həzrətlərinin quyusundan alınmış su, İbrahim Peyğəmbərin doğulduğu mağaradan su, Nil çayından Peyğəmbərimizin mübarək saçlarını yuduğu suyu çoxaldılıb boyalara qatılaraq bir təbərrük edilmişdir.”

Umman Sultanı’na İstanbul Mushafı hediye edildi

 

4251557

captcha