IQNA

Yahudi gənclərin 32%-i Həmasa simpatiya bəsləyir

10:32 - December 08, 2024
Xəbər sayı: 3497199
İQNA - İsrail Diasporası və Antisemitizmlə Mübarizə Nazirliyi üçün "Mosaic United" təşkilatı tərəfindən aparılmış sorğu İsrail mediasında yayımlanıb.

"Əl-Cəzirə"nin verdiyi xəbərə görə, sorğu nəticəsində İsraildən kənarda yaşayan yəhudi gənclərin 36%-i İsrail ordusunun Qəzzada soyqırım cinayəti törətdiyinə inandıqlarını, 32%-i isə Həmasa simpatiya bəslədiklərini bildirib.

Sorğu, həmçinin Qəzzadakı müharibə və Həmasla bağlı məsələlərdə ABŞ-da yaşayan yəhudi gənclərlə digər ölkələrdə yaşayan yəhudi gənclər arasında ciddi fikir ayrılığı olduğunu ortaya qoyub.

ABŞ-da yaşayan yəhudi gənclərin 37%-nin Həmasa simpatiya bəslədiyi qeyd olunan sorğuda bu göstəricinin digər ölkələrdə yaşayan yəhudi gənclər arasında 7% olduğu bildirilib.

Sorğuya görə, ABŞ-dakı yəhudi gənclərin 42%-i İsrailin Qəzzada soyqırım cinayəti törətdiyinə inandıqlarını ifadə ediblər, digər ölkələrdə yaşayan yəhudi gənclərin isə 9%-i Qəzzada soyqırım törədildiyinə inandıqlarını bildirib.

İsraildən kənarda, təxminən 6,3 milyonu ABŞ-da olmaqla, 8,5 milyon yəhudinin yaşadığı qeyd olunur.

Sionist İsrailin 7 oktyabrdan bəri Qəzza Zolağına həyata keçirdiyi hücumlarda təxminən 17 492-si uşaq, 11 979-u qadın olmaqla, 44 466 fələstinli şəhid olub, 105 358 nəfər yaralanıb.

Hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir, xalqın sığındığı xəstəxana və təhsil müəssisələri hədəfə alınaraq mülki infrastruktur məhv edilir.

4251982

captcha