IQNA

Fələstin alimləri: "Dünya Qəzzadakı Holokostun cavabını verməlidir"

10:43 - December 08, 2024
Xəbər sayı: 3497201
İQNA - Fələstinli din alimləri bir mesajda dünyaya xəbərdarlıq edərək bildirdilər ki, Qəzzada baş verən Holokosta qarşı tutumlarına görə bir gün cavab verməli olacaqlar.

X sosial şəbəkəsinə əsasən, Fələstin Alimlər Şurası İsrailin Qəzzada törətdiyi cinayətlərə qarşı dünyanın sükutuna etiraz etmək məqsədilə X-dəki hesablarında "Statistikaya əsasən Qəzza Zolağında soyqırım" başlığı altında şəhid və yaralıların statistikalarını göstərən bir vizual yayımlayıb.

Fələstin Alimlər Şurası bununla bağlı belə yazıb: "Daha əvvəl şahidi olmadığı soyqırımı təmkinlə seyr edən dünya, artıq canlı və birbaşa şahid olduğu yeni soyqırım qarşısında göstərdiyi mövqeyə görə cavab verməlidir."

4252017

captcha