Sionist İsrail ordusu Suriya ordusu bölgədən geri çəkildikdən sonra “işğal olunmamış” hesab edilən Hermon dağına üz tutub.
Benyamin Netanyahunun əmri ilə hərəkətə keçən işğalçı qüvvələr Levanta baxan ən hündür nöqtə olan və 2800 metrdən yuxarı qalxan əsas bazanı ələ keçirib.
Bildirilib ki, İsrail tankları bu bölgəyə və onu əhatə edən Cəbəl Əl-Şeyx məntəqəsinə daxil olduqdan sonra İsrail ordusu Suriyanın hərbi bazalarını nəzarətdə saxlamağa və işğal etməyə başlayıb.
İsrail ordusu Netanyahunun göstərişi ilə Suriya ilə bufer zonanı işğal etməyə başlayacağını açıqlayıb.
İsrail rejimi 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edib.
Sionist İsrail ilə Suriya arasında 1974-cü ildə imzalanan Qoşunların Çıxarılması Müqaviləsi ilə bufer zonası və silahsızlaşdırılma zonasının sərhədləri müəyyən edilmişdi.