IQNA

Bağdad cümə imamı: "Qərb ölkələri yeni Yaxın Şərq yaratmağa çalışırlar"

1:49 - December 09, 2024
Xəbər sayı: 3497214
İQNA – Ekspert din xadimi Suriyadakı hadisələrə diqqət çəkərək bildirib ki, Suriyada baş verənlər Netanyahu, Bayden və Trampın bu yaxınlarda açıqladığı yeni Yaxın Şərq planının bir hissəsidir.

Xəbərə görə, Bağdad Cümə imamı Ayətullah Seyid Yasin Musəvi dekabrın 6-da etdiyi çıxışında Trampın bir neçə gün əvvəl İsrailli məhbusların azad edilmədiyi təqdirdə Yaxın Şərq bölgəsini cəhənnəmə çevirəcəyi ilə bağlı təhdidinə toxunub və deyib: "Livandakı müharibə bitdikdən sonra Suriyanın növbəti olacağını həftələr əvvəl elan etdi".

“Amerika və Qərb ölkələrinin illərdir üzərində işlədiyi plan Əqsa tufanı əməliyyatından sonra başlayıb. Onlar bu hadisədən istifadə edərək Fələstin və Livan xalqını məhv etdilər, indi növbə Suriya işğalı və müharibəsindədir”.

Din xadimi bu planın addım-addım irəlilədiyini, amerikalılar və qərb dövlətlərinin Suriyanı Ələvi dövləti, kürd dövləti və Latakiyada sünni dövləti olaraq, yaxşılığa əmr edən, pislikdən çəkindirən, dindarın idarə etdiyi bir dövlət kimi quracağını bəyan etdi. İsrailin mənfəətlərinə xidmət etdiyini, idarə olunmasını üçə bölmək istədiklərini ifadə etdi.

Ayətullah Seyid Yasin Musəvi nəhayət əlavə edib ki, İraq xalqı bu gün çox güclüdür və düşmənlər öz əlləri ilə yeni Yaxın Şərq xəritəsini çəkmək istəyirlər, lakin bu xəritəni İraq xalqı çəkəcək və düşmənlərə belə bir şey etməyə imkan verməyəcəklər.

4252720

captcha