"Əl-Bələd" saytının verdiyi xəbərə görə, dekabrın 10-u çərşənbə axşamı Quran tilavəti və surud oxuyanların ən önəmli şəxsiyyətlərindən olan Şeyx Taha Əl-Fəşninin vəfatının 53-cü ildönümü idi.
1900-cü ildə Misirin Bənu Süveyf əyalətinin Əl-Fəşn mərkəzində anadan olan Şeyx Fəşni hələ uşaqlıq illərində Quranı əzbərləməyə başlayıb. O, Quran tilavəti və ilahi oxumağın böyük şəxslərindən birinə çevrilmiş, oxuduğu Quran tilavətləri və ilahiləri ilə İslam dünyasının yaddaşlarında iz qoymuşdur.
Şeyx Fəşninin istedadı ibtidai məktəb illərində üzə çıxıb. Səsinin gözəlliyinə görə məktəb direktoru ona hər səhər Quran oxumağı tapşırdı. Daha sonra Əl-Əzhərdə dini elmlər və təcvid üsulları üzrə təhsil alıb.
Şeyx Fəşninin bədii şəxsiyyətinin formalaşmasında dini ilahilər oxuyan Şeyx Əli Mahmudun təsiri olmuşdur. Onun yanında dua və ilahi oxumağı öyrəndi.
Onun radio macərası Misir Radiosunun prezidentinin 1937-ci ildə keçirilən mərasimdə Şeyxin səsini eşitməsi ilə başladı.
Əl-Fəşninin həyatının ən mühüm mərhələlərindən biri onun Kral Faruqun hüzurunda kral sarayında Quran oxumağa dəvət edilməsidir. 9 il sarayda Quran oxumağa davam etdi.
Camal Əbdül-Nasir, həmçinin Şeyx Fəşniyə hörmət əlaməti olaraq onun imzası olan gümüş lövhə təqdim edib və onun mövqeyinə verdiyi qiymətin göstəricisi olub.
Qiraət texnikası üzrə mütəxəssislər Şeyx Taha Fəşninin cazibəsinin və ilahi səsinin 17 musiqi rejimi arasında hərəkət etmək qabiliyyətinə malik olduğunu deyirlər.
Şeyx Fəşninin nadir Quran tilavətləri və ilahiləri hələ də Misir və Əl-Ərəbiyyə radiosunda yayımlanır. O, dünyadakı bütün pərəstişkarları üçün böyük miras qoyub.
Şeyx Taha Fəşni 1971-ci il dekabrın 10-da 71 yaşında vəfat edib. Onun həyatı gələcək nəsillər üçün ilham oldu.
Şeyx Taha Əl-Fəşninin "Hubbul Hüseyn" adlı ilahisini eşidəcəksiniz.
4253492