"İQNA"-nın Mavritaniya "Alveam" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, SNIM-in ictimai əlaqələr üzrə məsul şəxsi Məhəmməd Həndu deyib: “Şirkətin sosial yanaşması Quran əhlinə dəstək və onlara diqqət göstərmək üzərində qurulub və bu yanaşma davam edəcək.”
O, bu sözləri cümə axşamı 26 dekabr Mavritaniyanın "Kansado" bölgəsində yerləşən nümunəvi "İbn Abbas" Assosiasiyasının 15 Quran hafizinin məzuniyyət mərasimi çərçivəsində söyləyib. Həndu əlavə edib: “Quran hafizlərinin yeni nəsillərinin yetişməsi mühüm bir hərəkətdir və SNIM, əvvəlki kimi, Qurani-Kərim fəallarına dəstəyini davam etdirəcək.”
Həndu çıxışında SNIM Xeyriyyə Assosiasiyasının bu mərasimə dəstəyini alqışlayıb və Quran hafizlərini və müəllimlərini böyük işlərinə görə təbrik edib.
Mərasimin sonunda, Mavritaniya Milli Sənaye və Mədənçilik Şirkəti tərəfindən Quran hafizi olan şagirdlərə təşəkkürnamələr təqdim edilib.
4256619