IQNA

HƏMAS, İsrailin Həniyyə sui-qəsdi ilə bağlı iddiasını təkzib etdi

15:21 - December 30, 2024
Xəbər sayı: 3497343
İQNA – HƏMAS, sionist İsrailin İsmail Həniyyə sui-qəsdi ilə bağlı iddiasını təkzib edib.

HƏMAS İslami Müqavimət Hərəkatı tərəfindən edilən açıqlamada, "sionist işğalçının şəhid İsmail Həniyyə ilə bağlı sui-qəsd barədə yaydığı yalanları rədd edirik. HƏMAS ilə İran İslam Respublikası təhlükəsizlik xidmətləri arasında aparılan birgə araşdırmaya görə, sui-qəsd İsmail Həniyyənin mobil telefonunu birbaşa hədəf alan, 7,5 kq ağırlığında idarəolunan raketin atılması ilə həyata keçirilib." deyə bildirilib.

Sionist nazir İsrail Kats, HƏMAS-ın keçmiş Siyasi Büro rəhbəri İsmail Həniyyəyə qarşı həyata keçirilən terror hücumunun arxasında İsrailin olduğunu etiraf etmişdi.

captcha