"Frans 27" internet saytının verdiyi xəbərə görə, yanvarın 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Əbdüləziz Beynəlxalq Hava Limanının Qərbi Həcc terminalında başlayan sərgidə 500 müasir incəsənət əsəri və İslam tarixi əsəri nümayiş etdirilib.
“Və Arada qalan hər şey” başlığı altında təşkil edilən ikinci İslam İncəsənət Bienal sərgisinin diqqət mərkəzində Məkkədə Kəbəni örtən qızıl və gümüşlə işlənmiş qara parça olan “kisvə”nin parçaları idi.
Ziyarətçilər bu sərgini ziyarət etməklə Kəbə örtüyünün parçasını, tikiş mərhələlərini və onun ətirlənməsini ətraflı öyrənə bilərlər.
Sərgidə həmçinin Osmanlı dövrünə aid Kəbə qapısı, Məmlüklər dövrünə aid iki açar, Kəbənin içini örtən parça hissəsi və Vatikan arxivindən Nil çayının 6 metrlik xəritəsi də nümayiş etdirilir.
Bundan əlavə, ilk dəfə Vatikan arxivindən çıxarılan Nil çayının xəritəsi də bu sərgidə yer alıb. Ziyarətçilər bu xəritəyə Vatikan kitabxanasındakı 10 digər əsərlə birlikdə baxa bilərlər.
4267137