IQNA

Qüdsdəki Əl-Əqsa məscidinin qarisi dünyasını dəyişib

2:48 - February 26, 2025
Xəbər sayı: 3497691
İQNA – Qüds əhalisi Əl-Əqsa məscidinin qarisi Şeyx Davud Ətaullah Siyamla vidalaşıb.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, Qüdsün görkəmli din xadimlərindən olan Şeyx Siyam ömrünün uzun illərini cəmiyyətə xidmətə həsr etdiyinə və şəhərin dini və mədəni həyatının zənginləşdirilməsinə töhfə verdiyinə görə Qüds əhalisinin rəğbətini qazanıb.

Qüdsün aparıcı din xadimlərindən biri olan Şeyx Siyam bazar günü, 23 fevral 2025-ci ildə 95 yaşında vəfat edib.

Məscidül-Əqsanın cənubunda yerləşən Silvan şəhərində anadan olan Şeyx, karyerasına təxminən 70 il əvvəl Məscidül-Əqsada Quran tilavəti ilə başlayıb.

Şeyx Davud qari olmaqla yanaşı, Qüdsün hüquq məmuru kimi də fəaliyyət göstərmişdir. Burada o, evlilik, boşanma və mühakimə ilə bağlı hüquqi məsələlərdə məsləhət və təlimatlar verib, dini maarifləndirməyə və Qüds əhalisinə dəstək verməyə kömək edib.

Məscidül-Əqsaya və Qüds xalqına xidmətdə fədakarlığı və səmimiyyəti ilə tanınan Şeyx, xalqın böyük hörmət və sevgisini qazanıb.

Əl-Əqsa məscidində cənazə namazı qılındıqdan sonra şeyx, Babur-Rəhmə qəbiristanlığında dəfn edilib.

4268156

captcha