Stokholmun Odenplan bölgəsində toplaşan etirazçılar ABŞ prezidenti Trampın fələstinlilərin Qəzzadan zorla çıxarılması təklifinə etiraz edərək, “Vətəndən çıxarılmağa yox” şüarı səsləndiriblər.
Aksiya zamanı “Məcburi köçə və soyqırıma yox”, “Məktəblər və xəstəxanalar bombalanır”, “İsrailə soyqırım embarqosu qoyulmalıdır”, “Sona qədər Fələstin” və “İki ölkəli həll” yazılmış plakatlar daşınıb.
“Fələstinə azadlıq, Trampa, Maska, Netanyahu planına yox” kimi şüarlar səsləndirən nümayişçilər daha sonra İsveç Xarici İşlər Nazirliyinə doğru yürüş ediblər.
İsveçdə yaşayan və nümayişə qatılan fransız fəal Erik Trottmann AA-ya açıqlamasında İsrailin işğalı altında məzlum fələstinliləri dəstəklədiyini söyləyərək, "ukraynalıları dəstəkləyirsinizsə, fələstinlilərə də dəstək olun, İsrailin Qəzzada və ya Qəzza və İordan çayının qərb sahilində etdikləri utancvericidir. Bu, bəşəriyyətə qarşı cinayətdir, bu aydındır və ümid edirəm ki, dünya bu kütləvi qətlləri dayandıracaq" dedi.
İsveçli müsəlman fəal Sami Suliman, "İsrail 1948-ci ildən bəri Fələstin xalqını qovmaq və hər şeyi məhv etmək üçün soyqırım siyasəti həyata keçirir. Bizim İsrailə mesajımız budur: Fələstin xalqı Fələstini təslim etməyəcək və illər keçsə belə mübarizə aparacaq. Fələstini heç vaxt tərk etməyəcəyik" dedi.
AA