“İQNA”, xəbər verir ki, Ərəb mediası İranda Beynəlxalq Qüds Gününün möhtəşəm qeyd olunması ilə bağlı xəbərləri işıqlandırıb.
Bu yürüşləri işıqlandıran Əl-Məyadin kanalı Tehran və İranın şəhər və kəndlərindəki 900 başqa məntəqənin Beynəlxalq Qüds Günü yürüşlərinin şahidi olduğunu bildirib.
Hesabatda deyilir: “İranda Qüds Günü yürüşləri səhər tezdən geniş ictimaiyyətin iştirakı və “Ey Qüds, vədimizə sadiqik” şüarı ilə başlayıb. İştirakçılar yaşadıqları şəhər və kəndlərin məscidlərindən və baş meydanlarından cümə namazı qılınan yerə doğru hərəkət ediblər. Səhər saatlarından etibarən bu yürüşlərdə Məşhəd və Tehran sakinləri də iştirak ediblər.
Yəmənin Əl-Məsirə kanalı da İran xalqının ölkə daxilində bu yürüşlərdə iştirak etdiyini vurğulayıb.
Palestine Today xəbər saytı da İranda Qüds günü yürüşünü canlı işıqlandıraraq yazıb: “İran xalqı Qüds günündə ölkə boyu yürüşdə iştirak edib”.
Əl-Əhd kanalı da İran xalqının məzlum Fələstin xalqına geniş dəstəyini göstərən video yayımlayıb.
4274014