ABŞ prezidenti Donald Tramp dünya iqtisadiyyatı və ticarət siyasətləri ilə bağlı açıqlamalar verib.
ABŞ prezidenti Donald Trampın çoxdan gözlənilən çıxışı başlayıb. Çıxışına ABŞ-ın yenidən “zəngin” olacağını deyərək başlayan Tramp fabriklərə və ABŞ-ın iş itkilərini kompensasiya etməyə başladığına işarə edib.
ABŞ prezidenti Tramp digər ölkələr arasında qeyri-bərabər ticarət şərtlərini vurğuladı. Tramp digər ölkələrin yüksək gömrük rüsumları tətbiq etdiyini bildirərkən, Avropa Birliyi və Hindistanın tətbiq etdiyi vergiləri misal çəkib.
ABŞ xaricində istehsal edilən avtomobillərə 25 faizlik tarif tətbiq ediləcəyini açıqlayan Tramp, daha əvvəl diqqət çəkdiyi avtomobil vergilərini yenidən açıqladı.
Türkiyə başda olmaqla digər ölkələrə də ən azı 10 faiz gömrük vergisi tətbiq ediləcəyini bildirən Tramp, “Gömrük vergilərindən xilas olmaq istəyirsinizsə, istehsalınızı ABŞ-da edin” deyib.