IQNA

Yəməndən ABŞ-ın “Harry Truman” təyyarədaşıyan gəmisinə hücum edilib

2:59 - April 12, 2025
Xəbər sayı: 3497996
İQNA – Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri ABŞ-ın “Harry Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmilərinin Qırmızı dənizdə raket və İHA-larla hücuma məruz qaldığını açıqlayıb.

“Əl-Məsirə”-nin verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bildirib ki, ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmiləri Qırmızı dənizin şimalında raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Yahya Səri video açıqlamasında bu sözləri deyib:

“Son saatlarda həyata keçirilən birgə hərbi əməliyyatda düşmənin “Harry Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmiləri Qırmızı dənizin şimalında hədəfə alınıb. Bu hücum çoxsaylı qanadlı raketlər və PUA-larla həyata keçirilib”.

Bəyanatda həmçinin “Bu birgə əməliyyat ABŞ-ın ölkəmizə təcavüzü və xalqımıza qarşı törətdiyi cinayətlərə cavab olaraq həyata keçirilib. Müdafiə əməliyyatlarımızı davam etdirməklə düşmənin Yəmənin hərbi potensialına təsir edə bilməyəcəyini vurğulayırıq” ifadəsindən istifadə edilmişdir.

captcha