İraqalı qari Beynəlxalq Quran Agentliyinə (IQNA) göndərdiyi mesajında Allahdan iranlılara yardım etməsini istədi və Həzrət Əlinin (ə) Xeybər qalasının qapılarını açaraq yəhudiləri necə zəlil etdiyini xatırladaraq, İran xalqının da onun yolunu izləyərək izzət və şərəfləri uğrunda bu mübarizəyə qoşulduqlarını dedi.
O, “iranlılar bu ruhla mübarizə aparırlar. Biz də dua edirik ki, iranlılar Sionistlərə və onların Avropa Birliyindəki və ərəb ölkələrindəki müttəfiqlərinə qarşı zəfər çalsınlar,” – deyə əlavə etdi.
İraqalı qari İranla həmrəyliyinin rəmzi olaraq “Nəsr” surəsindən ayələr tilavət etdi.
4289431