IQNA

İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah): Sionist rejimə tarixi bir dərs verdik

10:54 - June 25, 2025
Xəbər sayı: 3498414
İQNA - İnqilab Keşikçiləri Korpusu, sionist rejimin İrana qarşı son hücumlarına cavab olaraq həyata keçirilən “Sadiq Vədə 3” əməliyyatının 22-ci dalğasında düşmənə unudulmaz bir dərs verdiklərini bəyan edib.

İnqilab Keşikçiləri tərəfindən yayımlanan açıqlamada belə deyilir:

“Keçən gecə, İran xalqının qanuni müdafiəsi qarşısında aciz qalan terrorçu sionist rejim, Amerika tərəfdaşlarının arxasında gizlənərək vəhşi bir hücum həyata keçirmiş və bəzi vətəndaşlarımızı şəhid etmişdir.”

Açıqlamada bildirilir ki, bu hücuma cavab olaraq, atəşkəs qüvvəyə minməzdən dərhal əvvəl İran, sionist rejimin işğal olunmuş ərazilərindəki hərbi və logistika hədəflərini 14 raketlə vuraraq ağır zərbələr endirib.

Həmçinin qeyd olunub:

“Əvvəllər də bildirdiyimiz kimi, silahlı qüvvələrimiz düşmənin bütün hərəkətlərini ayıq şəkildə izləməyə davam edir.”

4290628

captcha