IQNA

Şeyx Nəim Qasim: “Qadın və kişi haqq ilə batilin savaşında məsuliyyət daşıyır”

4:19 - July 06, 2025
Xəbər sayı: 3498474
İQNA - Livan Hizbullahının baş katibi vurğuladı: “İmam Hüseyn (ə) izzət yolunu səmimiyyət və ixlasla yerinə yetirdi və onu bizə ötürdü ki, tam şəkildə anlayıb dərk edək – qadın da, kişi də haqq ilə batilin savaşında məsuldur”.

“İQNA”, “Əl-Əhd” saytına istinadla xəbər verir ki, Hizbullahın baş katibi Şeyx Nəim Qasim Beyrutun cənub məhəlləsində yerləşən Səyyidüş-Şühəda (ə) kompleksində Hizbullah tərəfindən təşkil olunan mərkəzi Aşura mərasimində çıxış edərək dedi:

“İmam Hüseyn (ə) və ailəsinin müdafiə etdiyi bu islam, insan fitrətinin dəyişilməzliyini göstərir. İslam gəlib dedi ki, bir kişi olaraq sən silah götürmək, vuruşmaq və vətəni, xalqı müdafiə etmək məsuliyyətini daşıyırsan, lakin bir qadın olaraq sənin silah götürmək məsuliyyətin yoxdur”.

Nəim Qasim vurğuladı: “Qadın da, kişi də düşmənə qarşı mübarizənin bir hissəsidir, lakin silahı kişi götürür. Həm qadın, həm də kişi üçün bu sahədə özünəməxsus rol var”.

O əlavə etdi: “Livanda biz, islami yanaşmaya sadiq olan öncül simalara malikik. Bu yanaşma prinsiplərə və həqiqətə dayanır. Bu, bizim inanclarımızın əməli tərcüməsidir”.

Hizbullahın baş katibi qeyd etdi: “Hizbullahın əvvəlki baş katibi qəhrəman mücahid şəhid Seyid Abbas Musəvi əl-Hüseyni, çətin anlarda Allahın yardımına inamla dik dayandı və İmam Hüseynin (ə) yolunu izləyərək torpaqların azad olunması və izzətə nail olunması idealını çiynində daşıdı”.

Nəim Qasim əlavə etdi: “Biz cəsurcasına döyüşdüyümüz zaman – habelə bundan əvvəl, Əqsa Tufanında uşaqlar və qadınlar da daxil olmaqla şəhidlər verdik. Biz həmçinin ümmət şəhidlərinin ağası, uca məqamlı şəhid Seyid Nəsrullahı da təqdim etdik. O, bu şərəfli Hüseyni yürüşü təşkil etdi, oğlunu Seyid Hadini şəhidlər karvanına qoşdu və gənclərlə, ümumən xalqla çiyin-çiyinə oldu”.

O sözlərini belə davam etdirdi: “Çünki Hüseyn (ə) bu yolu səmimiyyət və ixlasla yerinə yetirdi və onu bizə ötürdü ki, qadın və kişi olaraq haqq ilə batilin savaşında məsuliyyətimizi tam dərk edək”.

O əlavə etdi: “Başınızı dik tutun və əmin olun ki, biz vətənimizi sevir və ona iman gətirmişik, ona sadiqik. Millətçilik torpağa bağlılıq, onu müdafiə etmək, övlad yetişdirmək, vətəni sevmək və onunla rabitə deməkdir”.

Hizbullahın baş katibi sonda dedi: “Biz hər mənada vətənpərvərik. İslam bizi vətəni sevməyə və onu müdafiə etməyə çağırır. İslam bizi ata-babalarımızın torpağına sadiq olmağa çağırır. İslam bizi vətən daxilində pak, mömin və dürüst nümunə olmağa çağırır”.

4292637

captcha