IQNA

Omanın müftisi: “İsraillə münasibətlərin normallaşdırılması cinayətə verilən mükafatdır”

11:01 - July 07, 2025
Xəbər sayı: 3498479
İQNA - Oman Sultanlığının baş müftisi Şeyx Əhməd bin Həmd əl-Xəlili bəyanat yayaraq bəzi ölkələrin sionist rejimlə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımları sərt şəkildə qınayıb və bu davranışı məntiqə, əxlaqa və İslam prinsiplərinə zidd hesab edib.

“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, Şeyx Əhməd bin Məhəmməd əl-Xəlili bəyanatında bəzi ölkələrin, bu rejimin sonunun yaxın olduğunu bildikləri halda, onunla münasibətləri normallaşdırmağa tələsmələrinə təəccübləndiyini bildirib və vurğulayıb:

“Bəzi ölkələrin, sionist düşmənin məhv olacağını bildikləri halda, onunla münasibətləri normallaşdırmağa bu qədər tələsmələri təəccüb doğurur.”

Omanın baş müftisi işğalçı rejimin cinayətkar mahiyyətinə diqqət çəkərək deyib:

“Günahsız insanların parça-parça bədənləri üzərində dolanan vəhşi bir rejimlə münasibətlərin normallaşdırılması böyük bir səhvdir və əslində bu, din və insanlıq baxımından qardaşlarımızın qanını tökən düşmənə verilən bir mükafatdır.”

O, sonda xəbərdarlıq edərək bildirib:

“Münasibətlərin normallaşdırılması yalnız Fələstin xalqının hüquqlarının üstündən xətt çəkmək deyil, həm də əxlaqi bir süqutdur ki, bu, normallaşdırma tərəfdarlarının əsl simasını tarix və İslam ümməti qarşısında ifşa edir.”

4292806

captcha