Fələstinli “Səma” xəbər agentliyinin məlumatına görə, Əl-Əzhər yaydığı bəyanatda vurğulayıb ki, işğalçı sionist rejim rəsmilərinin “Böyük İsrail” xülyası ilə bağlı təxribatçı açıqlamaları onların dərin və köklü işğalçı düşüncəsini göstərir və bu qondarma rejimin bölgə ölkələrinin sərvətlərini ələ keçirmək və qalan fələstin torpaqlarını udmaq yönündəki ifrat iddialarının və niyyətlərinin bariz nümunəsidir. Bu addımlar xalqların iradəsinə və imkanlarına açıq-aşkar hörmətsizlik və ziddiyyətdir.
Bəyanatda qeyd olunub: “Bu siyasi xülyalar heç bir həqiqəti dəyişmir, yalnız təkəbbürün, lovğalığın göstəricisidir və ictimai rəyi Qəzzada sionist rejimin cinayətlərindən, qətliamlarından və soyqırımından yayındırmaq cəhdidir ki, Fələstini dünya xəritəsindən silsinlər. İndi açıq şəkildə ifşa olunan bu siyasətlər Fələstin torpaqlarının bir qarışının belə işğalına qanunilik qazandıra bilməz”.
Bəyanatda daha sonra bildirilib: “Fələstin tamamilə ərəbi və islamidir və həqiqətlərin saxtalaşdırılması və məhv edilməsinə qarşı daim müqavimət göstərəcək. Hüquqlar zaman keçdikcə itməz və batil üzərində qurulan hər şey batildir; onun taleyi isə süqut və məhvdir”.
Əl-Əzhər işğalçı rejimin zaman-zaman bölgə ölkələrinin və xalqlarının bu xülyalara qarşı nə dərəcədə qətiyyətli olduqlarını ölçmək üçün irəli sürdüyü ifrat dini rəvayətlərə qəti şəkildə qarşı çıxdığını bildirib və ərəb-islam ümmətini bu təkəbbür və lovğalığa qarşı birliyə çağırıb ki, bu hal xalqların birliyini və bütün bölgənin sabitliyini təhdid edir.
Əl-Əzhər həmçinin ümumi ərəb və islam mövqeyinin gücləndirilməsini, siyasi, diplomatik və media səylərinin artırılaraq işğalçı rejimin saxta sözlərinin ifşa olunmasını və planlarının qarşısının alınmasını istəyib. Bəyanatda vurğulanıb ki, Müqəddəs Əl-Əqsa məscidi və digər müqəddəs məkanlar asan qənimət olmayacaq və haqq sahiblərinə qayıdacaq, batil isə nə qədər davam etsə də, sonunda məhv olacaq.
Bu açıqlamalar, sionist rejimin baş naziri Binyamin Netanyahu bir müsahibəsində “mən tarixi və mənəvi bir missiyadayam və emosional olaraq Böyük İsrail arzusu ilə bağlıyam” – deməsindən sonra verilib.
4300205