IQNA

İƏT baş katibi: İsrailin Qətərə təcavüzünü pisləyirik

9:51 - September 17, 2025
Xəbər sayı: 3498878
İQNA - İslam Əməkdaşlıq Təşkilatının baş katibi Qətərin paytaxtı Dohada təşkilata üzv ölkələrin dövlət başçılarının sammitində çıxış edərək, sionist rejimin bu ölkəyə təcavüzünü pisləyib.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, İƏT-in baş katibi Hüseyn İbrahim Taha, bazar ertəsi sammitdə çıxışında bildirib: “Bu toplantı İsrailin (Qətərin paytaxtı Dohaya) qarşı iyrənc təcavüzünə qarşı vahid və qəti mövqe tutmaq üçün bir fürsətdir.”

İƏT baş katibi bu barədə əlavə edib: “Biz bir daha Qətər dövlətinə və onun ərazi suverenliyinə qarşı açıq-aşkar təcavüzü qəti şəkildə pisləyirik. Biz BMT Təhlükəsizlik Şurasından öz məsuliyyətlərini üzərinə götürməsini və İsraili cinayətlərinə görə cavab verməyə məcbur etməsini tələb edirik.”

Hüseyn İbrahim Taha əlavə edib: “Biz Fələstin məsələsinin həlli ilə bağlı beynəlxalq konfransın nəticələrini və iki dövlətli həll yolunu dəstəkləyirik. Əminik ki, bu sammitin nəticələri ərəb və islam həmrəyliyini gücləndirəcək.”

O, sonda vurğulayıb: “İsrailin Qətərin suverenliyinə təcavüzü bütün hədləri aşıb və bütün insani prinsipləri də pozub.”

4305228

captcha