“Əl-Cəzirə”nin məlumatına görə, London bu gün, bazar günü açıqlayıb ki, Fələstini müstəqil dövlət kimi tanıyır.
Britaniyanın baş naziri Kir Starmer bu barədə deyib: “Bu gün biz Fələstin dövlətini tanıdıq ki, sülh ümidini dirildək.”
Baş nazir çıxışında populist bir iddia irəli sürərək bildirib: “Biz çalışırıq ki, sülh və iki dövlətli həll imkanını yaşadaq. Onlar (fələstinlilər) zorakılıq və əzab-əziyyət olmadan sülh içində yaşamaq istəyirlər və London da məhz bunu görmək istəyir. İsrail sərt taktikasını dayandırmalı və Qəzzaya yardımın daxil olmasına icazə verməlidir.”
O, həmçinin iddia edib: “Həmas gələcəkdə nə hakimiyyətdə, nə də təhlükəsizlikdə heç bir rol oynamamalıdır. Gələn həftələrdə Həmasın digər simalarına qarşı sanksiyalar tətbiq ediləcək.”
Kir Starmer sionistlərin məzlum fələstinlilərə qarşı davam edən cinayətlərini qınamadan deyib: “İki dövlətli həllə ümid tükənmək üzrədir, lakin biz bu çırağın sönməsinə icazə verə bilmərik. Bu gün biz Fələstin dövlətini tanıyan 150-dən çox ölkəyə qoşuluruq. Mən rəsmi olaraq Fələstin dövlətini tanıdığımızı bəyan edirəm.”
Bu məsələ ilə bağlı Avstraliya da rəsmi şəkildə Fələstini müstəqil dövlət kimi tanıyıb və bununla da bu addımı atan 150-dən çox ölkədən biri olub. Bu məsələ avqust ayında müzakirə olunmuşdu, lakin bu gün bazar günü baş nazir Entoni Albanese və xarici işlər naziri Peni Vonq-un birgə bəyanatı ilə rəsmiləşib.
Baş nazir və xarici işlər nazirinin açıqlamasında deyilir: “Avstraliya fələstinlilərin müstəqil dövlətə sahib olmaqla bağlı qanuni və tarixi arzularını tanıyır. Bu gün atılan addım Avstraliyanın iki dövlətli həll adlanan yola sadiqliyini göstərir ki, bu da həmişə sülh və davamlı təhlükəsizlik üçün yeganə yol olmuşdur.”
Digər tərəfdən, “CBC” xəbər verib ki, Kanada baş naziri Mark Karney-in ofisinin bu gün, bazar günü yaydığı bəyanata əsasən, bu ölkə də rəsmi şəkildə Fələstin dövlətini tanıyır və bunu beynəlxalq tərəfdaşları ilə birgə edir ki, guya iki dövlətli həll perspektivini qoruyub saxlasın.
Kanada Baş nazirinin Ofisi (PMO) əlavə edib: “Onilliklər boyu Kanadanın [iki dövlətli həll] öhdəliyi bu nəticənin sonda danışıqlar yolu ilə əldə olunacağı gözləntisinə əsaslanıb.”
Reaksiyalar;
İsrail rejimi
Benyamin Netanyahu, İsrail rejiminin baş naziri, İngiltərə, Kanada və Avstraliyanın Fələstin dövlətini tanımasına cavab olaraq iddia etdi: “Heç vaxt Fələstin dövləti mövcud olmayıb və mənim ABŞ-dan qayıtdıqdan sonra İsrailin bu hərəkətə cavabı müəyyənləşəcək.”
O iddia etdi: “7 oktyabr hadisələrindən sonra Fələstin dövlətini tanıyan ölkə rəhbərlərinə bildirirəm ki, onlar terrorizmə böyük mükafat verdilər.”
Digər tərəfdən, Gideon Saar, bu rejimin xarici işlər naziri iddia etdi: “Dünyanın əksər ölkələri artıq Fələstin dövlətini tanıyıblar və bu, xüsusən 7 oktyabr hadisələrindən sonra səhvdir.”
O iddia etdi: “İsrailin gələcəyi Parisdə və ya Londonda müəyyənləşmir, o, Qüdsdə müəyyənləşir və biz İsrailin təhlükəsinə və gələcəyinə təhdid edən hər kəsə cavab verəcəyik. Bizim bu mübarizədə yanımızda çox böyük bir müttəfiqimiz — ABŞ var.”
Itamar Ben-Gvir, bu rejimin təhlükəsizlik naziri, bildirdi ki, Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətini tanıması qatillərə verilən mükafatdır və dərhal tədbirlər görülməlidir.
O əlavə etdi: “Qərbi Sahilə dərhal suverenliyin tətbiqi və Fələstin muxtariyyətinin tamamilə məhv edilməsi zəruridir.”
Bu münasibətlə, İsrail rejiminin Xarici İşlər Nazirliyi də bəyan etdi: “Britaniyanın Fələstin dövlətini tanıması HƏMAS-a, İngiltərədə Müsəlman Qardaşlarını təşviq etməklə verilən mükafatdır.”
Digər tərəfdən, Miki Zohar, işğalçı rejimin mədəniyyət naziri də vurğuladı: “Kanada, Avstraliya və Britaniyanın Fələstin dövlətini tanıması mənasız bir bəyanatdır, antisemitizm və İsrailə nifrət qoxusu verir və İsrail Qərbi Sahildə öz suverenliyini tətbiq etməlidir.”
Bununla yanaşı, Gadi Eizenkot, İsrail rejiminin sabiq Baş Qərargah rəisi də bildirib: “Belə bir şəraitdə və 7 oktyabrdan sonra Fələstin dövlətilə məşğul olmaq ağılsızlıqdır və terrorizmə mükafatdır.”
Bununla yanaşı, Betzalel Smotrich, işğalçı rejimin maliyyə naziri, Netanyahunu hədəfləyərək vurğuladı: “Fələstin dövlətinin tanınmasına veriləcək yeganə cavab Qərbi Sahildə suverenliyin elan edilməsi və axmaq Fələstin dövlətinə dair ideyanın həmişəlik gündəmdən çıxarılmasıdır.”
Digər tərəfdən, Yair Golan, işğalçı rejimin Demokratik Partiyasının sədri də dedi: “Fələstin dövlətinin tanınması Netanyahu və Smotrich üçün siyasi məğlubiyyətdir və İsrailin təhlükəsi üçün təhlükəli bir addımdır.”
Həmçinin Naftali Bennett, sabiq işğalçı rejim baş naziri, Britaniyanın Fələstin dövlətini tanımaq qərarına reaksiyada Sky News-ə verdiyi müsahibədə dedi: “Mən hesab edirəm ki, müharibə çox uzanıb və biz HƏMAS-ı çoxdan məhv etməliydik.”
O əlavə etdi: “Şübhəsiz ki, İsrailə dəstək genişdir və heç kim Britaniyanın bu mövqeyini qəbul etmir, çünki onlar vurğulayırlar ki, ya bizim şərtlərimizə boyun əyəcəksiniz, ya da Fələstin dövlətini tanıyacağıq.”
Beny Gantz, sabiq müdafiə naziri də vurğuladı: “Fələstin dövlətinin tanınması HƏMAS-ı və İran oxunu gücləndirir, müharibəni uzadacaq və əsirlərin geri qaytarılma imkanlarını azaldacaq.”
Digər tərəfdən, Eli Cohen, işğalçı rejimin enerji naziri dedi: “Fələstin dövlətinin tanınması 7 oktyabr hadisələrinə görə HƏMAS-a verilən mükafatdır, HƏMAS və İran belə bir ölkəyə hakim olacaqlar və Qəzzaya bənzər şəkildə bütün Fələstinlilər üçün məhvə səbəb olacaq.”
Bu nazir vurğuladı: “Qərb liderlərinin ikili standartlı bəyanatları heç nəyi dəyişdirməyəcək və biz heç vaxt İsrail üçün təhlükə yaradan Fələstin dövlətini qəbul etməyəcəyik.”
Yair Lapid, işğalçı rejimin müxalifət lideri də bəyan etdi: “İngiltərə, Kanada və Avstraliyanın Fələstin dövlətini tanıması siyasi fəlakət və səhv addım, terrorizmə verilən mükafatdır.”
İordaniya
İordaniya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib: “Britaniya, Kanada və Avstraliya tərəfindən Fələstin dövlətinin tanınması işğalın sona çatdırılması və Fələstin xalqının müstəqil dövlət qurmaq üçün geri dönməz hüquqlarının təmin olunması zərurəti ilə bağlı beynəlxalq iradənin getdikcə artması ilə həmrəylik təşkil edən qürurverici bir mövqedir”.
İordaniya bəyan edib: “Bu addımı, Fələstin dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla tanınmasına dair beynəlxalq səylərə açıq dəstəyin təsdiqi və beynəlxalq qanuni qətnamələr, habelə Ərəb Sülh Təşəbbüsü çərçivəsində ikidövlətli həll yolunun reallaşdırılması istiqamətində qiymətləndiririk”.
XİN bəyan edib: “Bir daha dəyişməz mövqeyimizi vurğulayırıq ki, qardaşlarımız və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Fələstin xalqının azadlıqdan bəhrələnməsi, işğalın sona çatdırılması, müstəqil Fələstin dövlətinin qurulması, bu xalqa qarşı cinayətlərin dayandırılması və həmin cinayətləri törədənlərin cəzalandırılması üçün dəstəkləyəcəyik”.
Fələstin Muxtariyyəti
Fələstin Muxtariyyətinin sədr müavini Hüseyn əş-Şeyx, Britaniya, Kanada və Avstraliya tərəfindən Fələstin dövlətinin tanınmasına reaksiyasında bəyan edib: “Bu, fələstinlilərin üzləşdiyi əzab və zorakılıqlara qarşı ədalətin və beynəlxalq qələbənin təzahürüdür”.
O deyib: Dünya insanlıq, ədalət, sülh və xalqların öz müqəddəratını təyinetmə haqqı naminə qalib gəlir.
Hüseyn əş-Şeyx əlavə edib: “Britaniyaya, Kanadaya və Avstraliyaya Fələstin dövlətini tanıdıqları üçün təşəkkür edirəm. Bu, Fələstin xalqının həyatı və onların qanuni hüquqları üçün tarixi bir gündür”.
Oman
Oman Xarici İşlər Nazirliyi, Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətini tanımaq qərarına reaksiyasında yayımladığı bəyanatda vurğulayıb: “Biz Britaniya, Kanada və Avstraliya tərəfindən Fələstin dövlətinin tanınmasını alqışlayırıq və bunu ikidövlətli həll yolunun həyata keçirilməsi, bölgədə təhlükəsizlik və sülhün möhkəmləndirilməsi istiqamətində çox mühüm inkişaf hesab edirik”.
Həmas Hərəkatı
İslam Müqavimət Hərəkatı (Həmas) Britaniya, Kanada və Avstraliya tərəfindən Fələstin dövlətinin tanınmasına və digər bəzi ölkələrin də bu istiqamətdə addım atmasına reaksiyasında yayımladığı bəyanatda bildirib: “Fələstin dövlətinin tanınması Fələstin xalqının torpaqları və müqəddəs məkanları üzərindəki haqqının, onların müstəqil dövlət qurmaq və paytaxt olaraq Qüdsü seçmək hüququnun, həmçinin azadlıq uğrunda fədakarlıq və geri qayıdış haqqının təsbit olunması baxımından mühüm addımdır”.
Həmas bəyan edib: “Bu mühüm addım praktiki tədbirlərlə müşayiət olunmalı və Qəzza zolağında Fələstin xalqına qarşı aparılan vəhşicəsinə soyqırım müharibəsinin dərhal dayandırılmasına, İordan çayının qərb sahilində və Qüdsdə ilhaq və yəhudiləşdirmə layihələrinin qarşısının alınmasına gətirib çıxarmalıdır”.
Bəyanatda qeyd olunub: “Biz beynəlxalq ictimaiyyəti, BMT-ni və onun qurumlarını işğalçı rejimi təcrid etməyə, onunla hər cür əməkdaşlıq və koordinasiyanı dayandırmağa, bu rejimə qarşı sanksiyaları artırmağa və onun rəhbərlərini müharibə cinayətkarları kimi beynəlxalq məhkəmələrdə mühakimə edib cəzalandırmağa çağırırıq”.
Həmas-ın bəyanatında vurğulanıb: “Faşist işğalçı rejim beynəlxalq qanunları, sənədləri və humanitar normaları pozmağa davam edir, elan olunmuş siyasətlərinə əsaslanaraq fələstinlilərə qarşı ən vəhşi təcavüzləri həyata keçirir; soyqırım, etnik təmizləmə və məcburi köçürmə kimi əməllərə imza atır ki, bunun qarşısını almaq üçün qəti və təsirli mövqelərin ortaya qoyulması zəruridir”.
Həmas bildirib: “Fələstin xalqının müqaviməti və mübarizəsi müasir tarixdə ən vəhşi işğala qarşı təbii bir haqqdır və beynəlxalq qanunlar bunu təmin edir. Dünya ölkələri Fələstin xalqını bu cinayətkar işğal qarşısında dəstəkləməlidir ki, onlar öz müqəddəratını təyinetmə haqqını həyata keçirə və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qura bilsinlər”.
4306284