IQNA

İraqda beşinci “Səqqa” Quran festivalinin keçirilməsi

7:13 - February 12, 2026
Xəbər sayı: 3499729
İQNA – İllik “Səqqa” Quran festivalinin beşinci mərhələsi 11 fevralda Həzrət Abbas (ə) Müqəddəs Ziyarətgahının Qadınlar Qurani-Mərkəzinin təşəbbüsü ilə Nəcəfdə keçirilib.

“İQNA”-nın “əl-Kəfil”ə istinadən verdiyi xəbərə görə, festival “Bayraqdarlıq – şərəf və vəfanın yolu” şüarı altında səhər saat 9-da Nəcəfin “əl-Kərəmə” bölgəsində yerləşən Həzrət Abbas (ə)  Müqəddəs Ziyarətgahının Qadınlar üzrə Şəri Müvəkkilinin ofisinə bağlı Qadınlar Quran Mərkəzinin binasında təşkil olunacaq.

Mərkəzin informasiya bölməsinin əməkdaşı Seyyidə Fatimə Sahib bildirib ki, mərkəzin işçiləri beşinci “Səqqa” illik Quran festivalının keçirilməsi üçün xüsusi hazırlıqları tamamlayıblar və məsul komitələrin öhdəlikləri festivalın Əbülfəzl Abbasın (ə) mübarək adına layiq şəkildə həyata keçirilməsi üçün yerinə yetirilib.

O əlavə edib ki, hazırlıqlar festivalın ehtiyaclarının təmin edilməsini, teatr tamaşalarının məşqlərinə nəzarəti və təqdim olunacaq müxtəlif bölmələrin təşkilini əhatə edir.

Həzrət Abbas (ə) Ziyarətgahının Qadınlar Quran Mərkəzinin informasiya bölməsinin məsulu qeyd edib ki, festivalda Quran tilavətləri, teatr nümayişləri, nəğmələr və bu il əlavə olunmuş elmi-tədqiqat müsabiqəsi yer alacaq.

Bu arada Qadınlar Quran Mərkəzi beşinci “Səqqa” Quran festivalının tədqiqat müsabiqəsinin mövzularına dair 50 elmi məqalə qəbul edib.

Festivalın media komitəsinin üzvü Rihab Hüseyn bu barədə deyib:

“Festivalın şüarına uyğun olaraq, tədqiqat müsabiqəsi Həzrət Əbülfəzl Abbasın (ə) həyat yolu və mənəvi-əxlaqi dəyərlərini təsvir etmək məqsədilə keçirilir.”

O əlavə edib ki, müsabiqə çərçivəsində ölkənin müxtəlif vilayətlərindən 50 elmi məqalə daxil olub, onlardan 21-i elmi meyarlara uyğun olduğu üçün qəbul edilib və 3 məqalə isə ilk üç yer üçün namizəd göstərilib.

Rihab Hüseyn sonda bildirib:

“Müsabiqə dörd əsas mövzunu əhatə edir: 

1) Həzrət Əbülfəzl Abbasın (ə) Quran mətnlərindəki təsviri, 

2) Onun şəxsiyyətinin tərbiyəvi yönləri, 

3) Həzrət Əbülfəzlin (ə) nəsr və poeziya mətnlərində təcəllası, 

4) Onun şəxsiyyətində fikri və əxlaqi dəyərlərin təsviri.”

4333571

Teqlər: İraq ، quran ، festival ، həzrət abbas
captcha