IQNA

Şeyx Nəim Qasim: Qələbə İranın olacaq

11:44 - March 28, 2026
Xəbər sayı: 3500023
İQNA – Livan Hizbullah hərəkatının baş katibi bəyan edib ki, Livan hazırda müdafiə müharibəsi aparır və ABŞ–sionist rejiminin İrana qarşı təcavüzündə qələbə İranın olacaq.

“İQNA”-nın “Əl-Məyadin”ə istinadən verdiyi xəbərə görə, Hizbullahın baş katibi Şeyx Nəim Qasim vurğulayıb: “Heç kimdən gizli deyil ki, ‘Böyük İsrail’ layihəsi Livanı hədəf alıb.”

O bildirib: “Müqavimət lazımi avadanlıqları hazırlayıb və döyüşçülər heç bir məhdudiyyət olmadan mübarizəni davam etdirməyə hazırdırlar. Onlar bu gün vətənpərvərliyin simvoludurlar. Biz Livanı müdafiə müharibəsinin içindəyik və İran qələbə çalacaq.”

Hizbullah baş katibi əlavə edib: “İsrail–Amerika təcavüzünün məqsədi Livanın gücünü əlindən almaq, fitnə yaratmaq və işğala legitimlik qazandırmaqdır. Qarşımızda iki yol var: ya təslim olmaq və torpaqdan, ləyaqətdən, suverenlikdən və gələcək nəsillərimizin gələcəyindən əl çəkmək, ya da mütləq şəkildə müqavimət göstərmək.”

O deyib: “Müqavimətin bu təcavüzə cavab vermək və Livanı müdafiə etmək üçün seçdiyi zamanlama düşməni sürpriz etmək imkanından məhrum etdi. Müqavimət düşmənin bütün iddialarını və bəhanələrini puç etdi. Çünki təcavüz davam etdiyi halda artıq bəhanənin mənası yoxdur. Müqavimət lazımi avadanlıqları hazırladı və öz səmərəliliyini sübut etdi. Mücahid və fədakar gənclər ən möhtəşəm qəhrəmanlıq dastanlarını yaratdılar.”

Hizbullah baş katibi əlavə edib: “Müqavimət xalqı yer üzünün ən şərəfli və ən nəcib insanlarıdır. Onlar didərgin düşüblər, cihadın yükünü daşıyırlar və çətinliklərə sinə gəriblər. Ev-eşiklərindən uzaqda çox əzab çəkiblər ki, vətənləri və övladları üçün azad və şərəfli bir gələcək qursunlar. Təcavüzlə mübarizə bütün dövlətin, xalqın, ordunun, qrupların, partiyaların və hər bir vətəndaşın milli vəzifəsidir.”

O vurğulayıb: “İsrailin tələbi ilə silahın tək bir tərəfin əlində olması məsələsini, işğal və təcavüz davam etdiyi halda gündəmə gətirmək Livanın məhvə aparılması deməkdir. Atəş altında düşmənlə danışıqlar aparmaq isə təslimiyyətin və Livanın bütün imkanlarının əlindən alınmasının diktəsidir. Üstəlik, bu şərtlərdə danışıqlar ümumiyyətlə qəbulolunmazdır.”

Şeyx Nəim Qasim bildirib: “İsrail və Amerikanın Livana qarşı müharibəsi müqavimətin, xalqın, ordunun və şərəfli insanların müdafiəsi ilə üz-üzədir. Biz torpağın və xalqın azadlığı üçün ‘təcavüzün dayandırılması’ başlığı altında milli birliyə çağırırıq. Milli birlik o deməkdir ki, dövlət İsrail layihəsinin xeyrinə qərarlar qəbul etməsin. Milli birlik o deməkdir ki, dövlət müqaviməti və döyüşçüləri cinayətkar elan etmək qərarından əl çəksin. Müqavimət məğlub olmayacaq, çünki xalq onun arxasındadır. Biz əminik ki, çoxlu şəhid versək də, heç vaxt məğlub olmayacağıq.”

Sonda o deyib: “İran İslam Respublikasının ABŞ–İsrail və beynəlxalq təcavüzlə qarşıdurması da öyrənilməli bir dərsdir. İran dünyanın ən qəddar, ən cinayətkar və ən vəhşi qüvvələrinin qarşısında dayanıb və, inşallah, qələbə çalacaq. Bilin ki, ABŞ və İsraillə mübarizədə əldə edilən hər bir qələbə hamı üçün xeyirdir. “Qələbə yalnız qüdrətli və hikmətli olanın Allah tərəfindəndir”.

4342767

Teqlər: iran ، livan ، hizbullah ، qələbə
captcha