“İQNA”-nın “Muslimun Həvləl‑Aləm” xəbər saytına istinadən verdiyi məlumata görə, bu konfransın məqsədi imamlar və qadın təbliğatçıların Fransada – dünyəvi və dini müxtəlifliyə malik bir ölkədə – cəmiyyətin müxtəlif təbəqələri ilə münasibətlərin idarə olunması üsulları ilə tanış edilməsidir.
Bu tədbir Katolik Kilsəsinin digər dinlərlə, xüsusilə İslamla münasibətlərin gücləndirilməsinə çağıran “Nostra Aetate” sənədinin dərc edilməsinin altmışıncı ildönümü çərçivəsində təşkil olunub.
Konfransda Fransada müsəlmanlarla əlaqələr üzrə milli məsul şəxs Jan Fransua Bur ölkədə dini dialoqun real vəziyyəti barədə məruzə təqdim edib.
Bu konfransın əhəmiyyəti onun praktik xarakterindədir; çünki məhz məscidlərdə və dini qurumlarda fəaliyyət göstərəcək imamlar və qadın təbliğatçılar üçün nəzərdə tutulmuşdu. Konfransın çıxışları Paris Böyük Məscidinin digər şöbələrində də video formatında yayımlanaraq tədbiri milli səviyyədə bir tədris platformasına çevirdi.
Fransada bu konfransın təşkili göstərir ki, Avropada imamların yetişdirilməsi artıq yalnız ənənəvi dini elmlərlə məhdudlaşmır; həm də cəmiyyəti anlamağı və onunla qarşılıqlı əlaqə mexanizmlərini öyrənməyi əhatə edir. Beləliklə, dialoq çoxmədəniyyətli cəmiyyətlərdə birgəyaşayışın qurulması və sabitliyin möhkəmləndirilməsi üçün əsas vasitəyə çevrilir.
4343319