IQNA

Ərbəin ziyarəti üçün Kərbalada təhlükəsizik yüksək səviyyədə təşkil olunub - səfir

16:34 - December 12, 2014
Xəbər sayı: 2617807
Xarici şöbə: İraqın Azərbaycandakə səfiri: “Ərbəin ziyarəti ilə bağlı təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Çünki, bura gələn ziyarətçilərin sayı rekord səviyyəyə çatır”.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İraqın Azərbaycandakə səfiri deyib: “Ərbəin ziyarəti ilə bağlı təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Çünki, bura gələn ziyarətçilərin sayı rekord səviyyəyə çatır”.
Bunu SalamNews-a açıqlamasında İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak bildirib.
Bununla bağlı olaraq əvvəlcədən xüsusi təhlükəsizlik planının hazırlandığını deyən səfir qeyd edib ki, bu plan əsasında hər il polis, hərbçi və könüllülərdən ibarət minlərlə insan təhlükəsizlik tədbirlərinə cəlb olunur: “Bu il isə onların sayı artırılaraq, 25 minə çatdırılıb. Son məlumata görə, 2 gün əvvəl Kərbalaya 20 milyondan çox ziyarətçi gəlib. Hələlik bu vaxta qədər heç bir hadisə baş verməyib. Çünki, təhlükəsizlik xidməti çox yüksək səviyyəyə təşkil olunub. Hətta havadan helikopterlər və təyyarələr vasitəsi ilə əsas və magistral yollar ciddi nəzarət altında saxlanılır ki, terrorçu qruplaşmaların üzvləri ziyarətçilərin arasına girərək, terror hadisələri törətməsinlər. Ümid edirik ki, ziyarətin sonuna qədər heç bir hadisə baş verməyəcək və ziyarətçilər evlərinə sağ-salamat qayıdacaq”.
Səfir onu da vurğulayıb ki, adi aylarda Azərbaycandan Kərbalaya 1000 nəfərə qədər ziyarətçi gəlir: “Ancaq Aşuradan Ərbəin günlərinə qədər bu ziyarətçilərin sayı 3-4 minə çatır”.
Qeyd edək ki, Ərbəin günləri hicri-qəməri tarixinin ikinci ayı olan səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir. Bu günü müsəlmanların əksəriyyəti matəm günü kimi qeyd edirlər.

 

Teqlər: salamnews ، İraq ، bakı ، Ərbəin ، iqna
captcha