Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla xəbər verir ki, "Örtük təmiz ipəkdən hazırlanıb, qara rəngə boyanıb və təxminən 700 kiloqram çəkiyə malikdir.", - fabrikin direktoru Abdulla Bəcəudə bildirib.
Bundan başqa, örtüyün hazırlanmasında 120 kiloqram qızıl və 25 kiloqram gümüş sapdan istifadə edilir. Hər il köhnə örtük bir neçə hissəyə bölünərək, dünyanın müxtəlif yerlərinə göndərilir.