IQNA

Səudiyyə Ərəbistanında Kəbə üçün yeni örtük hazırlanıb + foto

10:33 - September 08, 2015
Xəbər sayı: 3360351
Tehran(İQNA) - Həcc ərəfəsində Kəbə örtüyünün tikildiyi fabrikin işçiləri sentyabrın 22-də Ərəfə günündə Kəbənin üzərinə örtüləcək məşhur qara örtüyün tikilişini başa çatdırmağa tələsirlər.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla xəbər verir ki, "Örtük təmiz ipəkdən hazırlanıb, qara rəngə boyanıb və təxminən 700 kiloqram çəkiyə malikdir.", - fabrikin direktoru Abdulla Bəcəudə bildirib.

Bundan başqa, örtüyün hazırlanmasında 120 kiloqram qızıl və 25 kiloqram gümüş sapdan istifadə edilir. Hər il köhnə örtük bir neçə hissəyə bölünərək, dünyanın müxtəlif yerlərinə göndərilir.

Teqlər: kəbə ، üçün ، yeni ، örtük ، hazırlanıb
captcha