IQNA

ABŞ-ın "Huffington Post" qəzetinə Quran maarifi işıqlandırıldı

22:51 - November 16, 2015
Xəbər sayı: 3453426
Beynəlxalq şöbə: Amerika çapı olan "Huffington Post" qəzeti bir müsəlman blogger cavanın Quran-Kərimin çox yerdə və media heç vaxt yada salınmayan altı əsas təlimi barədə yazdığı məqaləni çap və nəşr etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Huffington Post" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerika çapı olan "Huffington Post" qəzeti "Ru Vəsim" adlı bir müsəlman blogger cavanın Quran-Kərimin çox yerdə və mediada heç vaxt yada salınmayan altı əsas təlimi barədə yazdığı məqaləni çap və nəşr etdi.



Müsəlman blogger yazır: "Çox vaxtla İslam mediada təkcə terrorizm və radikalizmlə əlaqələndirilir. Ağıllı oxucu və tamaşaçı mütləq öz zehnində bu sualı qurur ki, necə ola bilər bir qrup insan bir dindən heç bir mənəvi ilham və psixi sakitçilik alına bilməsin, amma 1 milyarddan çox insan həmin dinin vasitəsilə sülh və azadlığa qovuşsunlar?! Elə mənim də mənvəi səfərim burdan başladı. Evdə elektrik enerjisnin (işığın) kəsildiyi bir vaxtda telefonumda qurcalanmağa başladım və daha öncə yüklədiyim Quran proqramı qarşıma çıxdı. Özlüyümdə dedim ki, inandığım kitabı mütaliə etmək üçün münasib fürsətdir. Oxumağa başladım və neçə gün ərzində onu bitirdim. Çox fövqəladə bir kitab idi. Burda yazılanlarla müsəlmanların əməlləri arasında böyük fasilə var idi. Mən bu kitabda bir çox zehni suallarıma cavab tapmışdım... Quranı oxuduğum zaman bu kitabda bir sıra maarifin və İlahi təlimin haşiyədə qaldığını və mediada işıqlandırılmadığını gördüm. Bu təlimlərdən altısını yaddaşt edərək sizinlə paylaşıram:



1). Quran bütün ayələrində insanı təfəkkür və düşüncəyə dəvət və təşviq edir – (Ənfal/22).



2). Quran insanı digərlərini korkoranə olaraq təqlid etməkdən çəkindirir – (Tövbə/34).



3). Quran deyir ki, insanın Allaha çatmağı üçün çoxlu yollar mövcuddur – (Bəqərə/62).



4). Quran əqidə azadlığını himayə edir və dəstəkləyir – (Yunis/99 və Bəqərə/256).



5). Quran insanları ictimai aktivliyə dəvət edir – (Nisa/135).



6). Quran təkcə Allaha iman gətirməyi və inanmağı yaradılışın əsas və son hədəfi saymır – (Ənkəbut/2).



3443569

Teqlər: quran ، maarif ، hikmət ، təlim
captcha