İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "The Hill” xəbər və informasiya agentliyinin internet portalına istinadla verdiyi xəbərə görə, dünən, 6 Fevral 2016-cı il, Donald Tramp - ABŞ-ın "Respublikaçılar partiyası”nın prezidentliyə namizədi, Kaliforniya ştatının Cənubi Karolina şəhərində seçki təbliğatı çıxışında müsəlmanların ABŞ-a girişinin qadağan edilməsi məsələsini yenidən təkrar edərək Barak Obamanı bir məscidə gedərək müsəlmanlardan üzr istədiyi üçün sərt tənqid etdi.
Donald Tramp - ABŞ-ın "Respublikaçılar partiyası”nın prezidentliyə namizədi, öz havadarlarının qarşısında çıxış edərəkən soruşdu: Bu terroristlər haradan gəlib?
Sonra sözünə davam edərək dedi: Bununla belə Obama bir məscidə gedərək müsəlmanlardan üzr istəyir.
ABŞ-ın "Respublikaçılar partiyası”nın prezidentliyə namizədləri seçkilər astanasında İslamofob təbliğatlar apararaq insanları İslama qarşı təhrik edirlər və müsəlmanları terrorist adlanıdırır və Avropa və ABŞ-dakı son terror olaylarında onları günakar bilirlər.
Qedy edək ki, ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Amerikada məscidi ziyarət edərək, Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb və müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olamq məqsədilə dəyirmi masa söhbətində iştirak edib.
Obama belə bir vəziyyətdə müsəlmanların ABŞ-ın ictimai işlərində yaxından fəallıqlarına görə təşəkkür edib və xalqdan istəyib ki, respublikaçıların anti-İslam danışıqlarını rədd etsinlər və insani dəyərlərə önəm versinlər.
Obama deyib: Biz təəssüb və irqçilik siyasətini kənar qoymalı, insanların dinini hədəfə almamalı və bütün amerikalıların vətəndaşlıq hüquqlarını qorumalıyıq.
O vurğulayıb: Məsihilər bilməlidirlər ki, bir dinə hücum bütün dinlərə hücum deməkdir.
http://iqna.ir/fa/news/3473316