IQNA

ƏRBƏİN zəvvarlarının təhlükəsizliyini 24 min xüsusi təyinatlı təmin edəcək

10:37 - November 08, 2016
Xəbər sayı: 3480974
Tehran, 08.11.2016- ƏRBƏİN zairlərinin təhlükəsizliyi qoruyacaq "əl-Fərat əl-Əvsət" əməliyyatı rəisi bildirib ki, 24 mindən çox xüsusi təyinatlı qüvvələr zəvvarların təhlükəsizliyini qoruyacaq.

ƏRBƏİN zəvvarlarının təhlükəsizliyini 24 min xüsusi təyinatlı təmin edəcək

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fəcr əl-müqavimət" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Kərbəlada İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti üçün xüsusi təhlükəsizliyi qoruyacaq "əl-Fərat əl-Əvsət" əməliyyatı rəisi Qeys əl-Məhmədavi bildirib ki, 24 mindən çox xüsusi təyinatlı qüvvələr zəvvarların təhlükəsizliyini qoruyacaq.

"əl-Fərat əl-Əvsət" əməliyyatı rəisi Qeys əl-Məhmədavi əlavə edib: Bəzi yerlərdə yoxlama məntəqələrində təhlükəsizlik tədbirlərinə görə bəzi dəyişikliklər icra olunub. Beləki ƏRBƏİN zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün könüllü qüvvələrdən nəzarət, identifikasiya və yoxlamalarda istifadə olunacaq. Bunlara kömək məqsədi ilə xalq könüllüləri də qoşulacaq.

Qeys əl-Məhmədavi deyib: Bu il ƏRBƏİN mərasiminin təhlükəsizlik planı keçən illərdəkindən həm şərait və həm də zamanlama cəhətindən fərqlidir və bu il İŞİD terroristlərinin ehtimali hücumlarının qarşısını almaq planı daha çox əhəmiyyət daşıyır.

"əl-Fərat əl-Əvsət" əməliyyatı rəisi əlavə edib: Buna görə də dövlətin müdafiə nazirliyi bu məsələ ilə əlaqədar 24 mindən çox xüsusi təyinatlı qüvvəyə ƏRBƏİN zairlərinin təhlükəsizliyini qorumaq tapşırıqı verib. Və mən əminəm ki, təhlükəsizlik qüvvələri hazırda Kərbəla əyaləyinin bütün regionlarının kontrolunu ələ alıblar. Həmçinin hərbi hava qüvvələri də əyalətdə və xüsusilə də sərhəd bölgələrində zairlərin təhlükəsizliyini təmin etmək üçün həmkarlıq edirlər.

Qeyd edək ki, İran İslam Respublikasının ƏRBƏİN mərasiminin keçirilməsinə nəzarət komitəsinin sözçüsü Həmid Rza Qudərzi elan edib ki, indiyədək 850 min iranlı ƏRBƏİN mərasimində iştirak etmək üçün viza alıb və 26 min 500 nəfər iranlı artıq Mehran, Şələmçə və Çəzabə sərhədlərindən İraqa keçib.

captcha