IQNA

"Ən-Nəxil" xəbər agentliyinin müdiri İQNA ilə müsahibəsində:
15:22 - November 20, 2016
Xəbər sayı: 3481015
Tehran, 20.11.2016- "ən-Nəxil" xəbər agentliyinin müdiri ƏRBƏİN mərasiminin "ginnes"də yazıldığına işarə edərək dedi: Xarici mediaların bu mənəvi hadisəni işıqlandırması arzuladığımız kimi deyil.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məhəmməd Əli əl-Həkim -"Ən-Nəxil" xəbər agentliyinin müdiri və İraqın siyasi məsələləri üzrə müşahidəçi politoloq, İQNA ilə müsahibəsində İmam Hüseynin (ə) ƏRBƏİN ziyarətinin piyada yürüşlərinə işarə edərək dedi: Bu mühüm tarixi hadisə keçən dörd il ərzində ardıcıl olaraq "Guinness World Records" kitabında qeydə alınıbdır. Amma bununla belə yenə də Ərəb və xarici mediaların bu böyük mənəvi hadisəni işıqlandırması arzuolunan şəkildə deyildi.

Məhəmməd Əli əl-Həkim - "Ən-Nəxil" xəbər agentliyinin müdiri və İraqın siyasi məsələləri üzrə müşahidəçi politoloq, vurğuladı: İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimində 25 – 30 milyon arası ziyarətçinin iştirak etməsinə rəğmən, müşahidə edirik ki, Ərəb dövlətlərinin media və kütləvi informasiya vasitələri tarixin bu böyük və analoqu olmayan hadisəsinə reaksiya vermirlər.

"Ən-Nəxil" xəbər agentliyinin müdiri və media aktivisti Təməttö Həccin mövsümündə hər il müxtəlif ölkələrdən 2 milyon civarında hacının iştirak etdiyinə işarə edərək dedi: Hər il Həcc mövsümündə ki, böyük dini və tarixi bir hadisədir və biz bunu inkar etmirik, bütün Ərəb ölkələrinin, xüsusi ilə də Səudiyyə Ərəbistanının media vasitələri canfəşanlıqla bu hadisəni kamil şəkildə işıqlandırmağa çalışırlar və bu mərasiminin hər an və hər ləhzəsindən xəbər hazırlayırlar. Halbuki bu mərasimdə təkcə 2 milyon insan iştirak edir.

Məhəmməd Əli əl-Həkim vurğuladı: İran, Suriya, İraq və bütün Ərəb ölkələri mediaları bu böyük tarixi hadisəni, milyonlarla insanın ƏRBƏİN mərasimində piyada yürüşünü və dini vəhdəti bütün dünyaya çatdırmalıdırlar. Çünki bu böyük və əbədi hadisə dünyanın bütün millətləri üçün azadlıq, birlik, rəşadət, şücaət, səxavət və iftixar dərsidir. İmam Hüseyn (ə) təkcə müsəlmanlara, ərəblərə və ya iraqlılara aid deyil, həm də yəhudi, məsihi, zərdüşti, eyzədi və eləcə də bütün haqq, ədalət və azadlıq sevən insanların imamıdır.

"Ən-Nəxil" xəbər agentliyinin müdiri və İraqın siyasi məsələləri üzrə müşahidəçi politoloq, vurğuladı: Bir çox İslami ölkələrin əksər media vasitələri həqiqi İslamı dünyaya tanıtdırmaqda yanlış yola düşdülər, İslam haqqında qərəzli və firqəçi xəbərlər yaydılar, məzhəbi fitnələri alovlandırmaqla məşğul oldular. Cahil insanların (düşmən muzdurlarının əli ilə) idarə etdiyi Şiə adına "Fədək" və sünnilər adına fəaliyyət göstərən, əslində isə vəhabilərin olan "Səfa" peyk tv kanalları bu cür media vasitələrinin aşkar nümunədisidir. Bu cür kananllar hamısı radikal və ifratçıdırlar və iddi edirlər ki, onların İslamı həqiqi İslamdır, halbuki hamıya məlumdur ki, onların hədəfi İslamı yaymaq deyil, İslam adına İslamı vurmaqdır!

O əlavə etdi: Biz bu gün şiə və sünni olaraq qardaşıq və media olaraq birləşməli və həqiqi mötədil İslamı dünyaya tanıtdırmalı və imperializmin, xüsusi ilə də sinonizmin fitnə və hiylələri ilə mübarizə aparmalıyıq.

http://iqna.ir/fa/news/3546626


Teqlər: İQNA ، Ərbəin ، əl-Xəlil ، media ، kiv
Ad:
E-poçt:
* Comment:
* captcha: