IQNA

Mosul cəbhəsində Quranla üns məclisi

12:24 - March 06, 2017
Xəbər sayı: 3481423
"İraq Xalq Könüllüləri Ordusu"nun Quran idarəsi Mosulun İŞİD terrorçuları ilə döyüş cəbhəsində Quranla üns məclisi təşkil edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" Quran xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "İraq Xalq Könüllüləri Ordusu"nun Quran idarəsi Mosulun İŞİD terrorçuları ilə döyüş cəbhəsində Quranla üns məclisi təşkil edib.

Bu məclislər keçən həftənin Şənbə günündən "İraq Xalq Könüllüləri Ordusu"nun Mosulun işğaldan azad edilmiş bölgələrindəki qərargahında başlayıb.

Quranla üns məclisləri Neynəva əyalətinin xalq könüllüləri ordusunda Quran fəaliyyətlərinin davamlı şəkildə həyata keçirilməsi yönündə təşkil edilib.

Bu məclislərdə Fatihə surəsinin qiraətinin təshihi, Quran-Kərimin kiçik surələrinin təlimi, Quran surələrinin məhfumları, mənaları, Quran surələrinin oxunulmasının savab və fəzilətlərinin təlimi, Quranda Cihad kimi terminlərin müzakirəsi və Quran-Kərim barədə verilən suallara cavablar bu layihənin əsas hədəfidir.

Ön cəbhələrə ezam olunmuş Quran və təfsir ustadları heyəti Qurnan xətmi məclisləri təşkil etmiş və şəhidlərin pak ruhlarına dualar oxumuş, döyüşçülər arasında Quran nüsxələri paylamış və batil əleyhinə döyüşən mücahidlərə təşəkkürlərini bildirmişlər.

http://iqna.ir/fa/news/3580718


captcha