İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərəbistana hakim kəsilmiş terrorist sülaləsi olan Ali- Səudun təhlükəsizlik qüvvələri "əl-Əvamiyyə" şəhərinin "Ramis" rayonunda şiələrin şəhid lideri Şeyx Nimr Baqir Nimrin qohumlarının əkin sahələrinə hücum edərək onun yaxınlarından bir neçəsini öldürüblər.
Səudiyyə Ərəbistanın despotçu və quldur rejimi keçən ilin əvvəllərində Ərəbistan şiələrinin nüfuzlu ruhanisi və siyasi lideri Ayətullah Şeyx Nimr Bariq Nimri və silahdaşlarını şəhid etdikdən sonra şiələrə hərtərəfli təzyiqləri çoxaltmaq davam edir. Mənfur rejim bu çirkin siyasətinin davamında cari həftənin ikinci günü, dünən, 28 Mart 2017-ci il, "əl-Əvamiyyə" şəhərinin "Ramis" rayonunda şiələrin şəhid lideri Şeyx Nimr Baqir Nimrin qohumlarının əkin sahələrinə hücum edib.
Ərəbistan "nəbə" xəbər kanalının yayımladığı xəbərə görə, Ali- Səud muzdurları bu hücumda Məhəmməd Nimr və Miqdad Nimr adlı iki şiə cavanı ki, şəhid Şeyx Nimr Baqir Nimrin əmisi oğlanları imişlər, öldürüb və bir neçə nəfəri də yaralayıblar.
Şeyx Nimrin şəhadətindən sonra da səngimək bilməyən şiə etirazlarından əsəbiləşən rejim sivil şiə vətəndaşlara hücum edir və şiələrə qarşı kobud davranırlar.
http://iqna.ir/fa/news/3586044