IQNA

7:17 - August 10, 2017
Xəbər sayı: 3481956
Dəməşqin beynəlxalq kitab sərgisində Suriyanın Vəqflər naziri Məhəmməd Əbdüs-Səttar əs-Seyyidin Quran- Kərimə yeni yazdığı təfsirin təqdimat mərasimi keçirildi.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dəməşqin "Hafiz Əsəd Milli Kitabxanası"nda beynəlxalq kitab sərgisi keçirilməkdədir.

Bu xəbərə görə, Dəməşqin beynəlxalq kitab sərgisində Suriyanın Vəqflər naziri Məhəmməd Əbdüs-Səttar əs-Seyyidin Quran- Kərimə yeni yazdığı "ət-Təfsir əl-Came" adlı təfsirinin təqdimat mərasimi Suriyalı din alimləri və qələm əhlinin iştirakı ilə keçirildi.

Kitabın təqdimat mərasimində çıxış edən Vəqflər naziri və kitabın müəllifi Məhəmməd Əbdüs-Səttar əs-Seyyid dedi: Din adına danışan təkfirçi dəstələr və siyasi hərəkatların çoxu Quran- Kərim və Peyğəmbər (s) sünnəsini yanlış təfsir edir və anlayırlar və mən bu yanlış təsəvvürü və Quran- Kərimdən səhv çıxarışları zehnlərdən yumaq məqsədi ilə bu təfsiri yazdım.

O əlavə etdi: Biz bu gün Quran- Kərimdən düzgün təfsir ortaya qoymalı və təkfirçilərin şübhələrinə cavab verməliyik. Bizim Quran- Kərimin düzgün təfsiri ilə terrorizm və radikalizm ilə mübarizə aparmağa ehtiyacımız var. Çünki Quran- Kərimin hər cür yanlış təfsiri və səhv anlayışı yeni bir azğın və təkfirçi dəstənin yaranmasına səbəb ola bilər. Necə ki, cinayətkar terroristlər və təkfirçi vəhabilər bu səhv təfsirin bəhrəsidir. Onlar Quran- Kərimi öz əqidələrinə uyğun yozaraq və təfsir edərək insanları aldadırlar.

Məhəmməd Əbdüs-Səttar əs-Seyyid vurğuladı: Buna görə də bu gün Quran- Kərimin səhih, müasir, Ərəb dilinin köklü qrammatikasına söykənmiş, elmi əsaslara uyğun və Peyğəmbərin (s) sünnəsi və sirəsi əsasında təfsiri bir zərurətdir.

Qeyd edək ki, indiyədək bu təfsirin 4 cildi (Quranın dördüncü cüzünədək) çap və nəşr edilmişdir və yaxın gələcəkdə qalan cildlər və cüzlərin təfsiri də çap və nəşr ediləcəkdir.

http://iqna.ir/fa/news/3628769

رونمایی از تفسیر جدید قرآن در نمایشگاه دمشق


Teqlər: IQNA ، İQNA ، Quran ، təfsir ، suriya
Ad:
E-poçt:
* Comment:
* captcha: