IQNA

1:34 - September 10, 2017
Xəbər sayı: 3482129
Bu yazıda bəzi xristian mütəfəkkirlərin, o cümlədən Professor Henri Karbon, yazar və ədəbiyyatçılar Corc Cordaq, Kerniko və Ustad Əmin Nəxlənin "Nəhcül-Bəlağə" barədə fikirlərini təqdim edirik.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): "Nəhcül-Bəlağə" kitabı hər bir insan üçün bütün sahələrdə, o cümlədən fərdi, ictimai, mədəni, elmi, iqtisadi, siyasi, hərbi, irfani, ibadi, fəlsəfi, idarəçilik, təbiyəçilik və tarixi baxımdan həyat dərsliyidir.

Həzrət İmam Əli ibn Əbi Talibin (ə) xütbə, məktub və qısa hikmətli sözlərindən mərhum Seyyid Rəzinin zövqü əsasında seçmələr toplusu olan bu kitabın böyüklüyü, dərinliyi, özünəməxsusluğu, gözəl ədəbiyyatı və ecazkarlığı barədə müsəlman və qeyri-müsəlman alimlər çox gözəl sözlər söyləmişlər ki, biz bu yazıda bəzi xristian mütəfəkkirlərin, o cümlədən Professor Henri Karbon, yazar və ədəbiyyatçılar Corc Cordaq, Kerniko və Ustad Əmin Nəxlənin "Nəhcül-Bəlağə" barədə fikirlərini təqdim edirik.

Professor Henri Karbon (fransalı şərqşünas, filosof, araşdırmaçı və yazar):

"Quran-Kərim və İslam Peyğəmbərinin (s) sözlərindən sonra "Nəhcül-Bəlağə" mütali və araşdırmaq növbəsində olan ən əhəmiyyətli və birinci dərəcəli kitabdır. Gərək deyim ki, bu kitab təkcə şiələrin məzhəbi həyatı hüdudlarında xülasə olmur, həm də şiənin fəlsəfi düşüncəsi də bu kitab üzərində köklənib və bu kitaba bağlıdır və bu kitabdan qidalanır. Buna görə də "Nəhcül-Bəlağə"ni şiə mütəfəkkirlərinin daimi və davamlı düşüncə bulağı hesab etmək lazımdır" (İslam Fəlsəfəsinin Tarixi, s.80).

Corc Cordaq (Livanlı xristian yazar və ədəbiyyatçı):

Özünün dediyinə görə, "Nəhcül-Bəlağə"ni 200 dəfə oxuyan və bu kitabdan ilhamlanaraq İmam Əlinin (ə) vəsfində altı cildlik "Əl-İmam Əli, soutul-ədalətil-insaniyyə" kitabı yazan bu xristian mütəfəkkir deyir: "Görəsən şərq ölkələrinin tarixində "Nəhcül-Bəlağə" ilə maraqlananlar olub? Nəhcül-Bəlağə fikr, xəyal, atifə və insani hislər barədə insana elə işarələr və ipucları verir ki, insan ömürü boyunca bədii ədəbiyyatın şirin dadı və incə incəsənət zövqü ilə ayrılmazcasına yaşayır.

Nəhcül-Bəlağə ahəngdar, bir-birinə bağlı, dərin dərkli, geniş baxışlı, həqiqət eşqi ilə dolu və metafizikanın həqiqətini tanımaq üçün şövqləndirici cümlələr ilə doludur. Elə gözəl sözlər ki, mövzunu açıqlayarkən məna və məfhum mövzu ilə eynilik təşkil edir, necə ki, istilik od ilə və nur günəş ilə eynilik təşkil edir... Nəhcül-Bəlağə Allah kəlamından aşağı və hər bir bəşərin kəlamından üstündür..." ("Sədaye ədaləte insaniyyət", Corc Cordaq).

Mister Kerniko (Hindistanın Aligar universitetinin İngilis dili və ədəbiyyatı ustadı):

"Quran- Kərimin kiçik qardaşı vardır ki, adına Nəhcül-Bəlağə deyirlər. Dünyada bu kiçik qardaş kimisini yazana bilən birisi varmı ki, nöbvə böyük qardaşla üzləşməyə və qarşı-qarşıya gəlməyə də çatsın və Quran kimi bir kitab gətirmək mümkün olsun?!" (Nəhcül-Bəlağə və onun müəllifi, s.273).

Ustad Əmin Nəxlə (Livanlı xristian yazar və mütəfəkkir):

Usta Əmin ondan "Nəhcül-Bəlağə"dən yüz cümlə seçməsini istəyən şəxsə cavab olaraq yazır: "And olsun Allah ki, bilmirəm yüzlərlə qızılqiymətli cümlədən necə təkcə 100 kəlməni seçim. Mən bu kitabdan bir kəlmə seçməyə də acizəm. Çünki bu iş buna oxşayır ki, bir yaqut dənəsini digər yaqut muncurların içindən seçəm. Hər halda bu işi gördüm. Əlim parlaq yaqutların arasında gəzirdi və gözlərimi yaqutların parlaqlığı qamaşdırırdı. Vallah, bilmirsən ki, mən bu bəlağət və fəsahət mədənindən hansı çətinliklə kəlimələri seçirdim" - ("Nəhcül-Bəlağə barədə", Əllamə Şəhristani, s.57).

Ustad Əmin Nəxlə başqa bir yerdə deyir: Öz nəfsi xəstəliklərini dərman etmək istəyən hər kəs gərək Nəhcül-Bəlağə müraciət etsin və yaşamağın dəsturunu bu kitabdan alsın" – ("Məsadire Nəhcül-Bəlağə", s.100).

http://www.iqna.ir/fa/news/3639818


Ad:
E-poçt:
* Comment:
* captcha: