İQNA İraq Rəsmi Xəbər Agentliyinə (INA) istinadla xəbər verir ki, nazir, eyni zamanda kütləvi ziyarətlər üzrə Ali Təhlükəsizlik Komitəsinin rəhbəri olaraq Nəcəf vilayətinə səfəri zamanı bu şəhərin Ərbəin ziyarətində əsas marşrutlardan biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Nəcəfdə təcili tibbi yardım, mülki müdafiə və səhiyyə xidmətləri tam hazır vəziyyətdədir, eləcə də digər vilayətlərdən əlavə təhlükəsizlik qüvvələri dəstək üçün gətirilib.
Əş-Şəməri qeyd edib ki, təhlükəsizlik planı uğurla icra olunur, zəvvarların Kərbəlaya axını artır və piyadalarla nəqliyyat vasitələrinin yollarının ayrılması nəticəsində yol qəzalarının sayı azalıb.
Nazir əlavə edib ki, bu il tətbiq edilən yol-nəqliyyat planı əvvəlki illərə nisbətən daha səmərəlidir və nəzarət kameraları, radarlar, eləcə də yol polisi patrullarının fəaliyyəti müsbət nəticə verib.
4298883